|
 Azərbaycan
ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin
görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin
adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox
uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı
alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim,
sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki,
onun əsərləri - şer kitabları, dramları və publisist
yazıları dünyanın çox dillərində, o cümlədən ingilis,
fransız, alman, fars, türk, polyak, ispan, macar və
köhnə Sovyet birliyinə dahil olan bir çox salqların
dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq
və sevgi ilə qarşılanmışdır.
Bəxtiyar Vahabzadə Mahmud oğlu 1925-ci ildə Şəkidə
doğulmuş, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya
köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Bakı
Dövlət Universitetinin filologiya fakultəsinə daxil
olmuş, 1947-ci ildə həmin fakultəni bitirib
universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.
1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik,
1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı"
mövzusunda monografiyasını mödafiə edib, filoloji elmlər
doktoru alimlik dərəcəsini almışdır.
Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan
müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar
İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii
yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq
Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə
çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdir.
B.Vahabzadə
70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi
publisist kitabın və yüzlərlə məqalənin müəllifidir.
Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun
"Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz
düşür", "Fəryad", "Hara gedir bu dünya ?", "Özümüzü
kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri
tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən
artıq iri həcmli poemanın müəllifidir.
O, 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə
respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı
laureatı adlarına laik görülmüşdür. 1985-ci ildə ona "Xalq
şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan
xalqının milli azadlıq uğrunda mübarizəsində xəsusi
xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif
edilmişdir.
B.Vahabzadənini şerləri obrazların kamilliyi, bədii
vasitələrin məasirliyi və orijinallığı ilə seçilir. Onun
bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.
Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə
qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin
adını çəkmək çətindir.
Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi
fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5
dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir
(1980-2000).
O,
hələ 60-cı illərdən başlayan mili azadlıq hərəkatının
öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı "Gülüstan"
poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi
faciəsini dilə gətirmiş, rus və fars imperiasının
pənçəsi altında inləyən Azərbaycan xalqının azadlıq və
istiqlal uğrundakı ədalədli mübarizəsinə qoşulmuşdur.
Bu poemaya görə 1962-ci ildə şair "Millətçi" damğası ilə
Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə
qaytarılmışdır. Sovyet rejimində milli varlığı tapdanan,
hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini
rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə itmiş, iri
həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya
da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini
dilə gətirmişdir. Birbaşa Sovyet diktaturasını ifşa edən
əsərlərini isə şair, Sovyetlər İttifaqı dağılandan sonra
"Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
Bu
vaxta qədər qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii
prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə son
vaxtlar xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən
uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə
ağsaqqal kimi ciddi fəaliyyət göstərir. Həmçinin o, ana
dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan
mübarizə aparır.
B.Vahabzadənin evi bir növ, millətin ümid qapısına
dönmüşdür. Belə ki, respublikanın müxtəlif kənd və
rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə
şikayətçini evində qəbul edir, onları dinləyir və imkan
daxilində hər birinin dərdinə əlac etməyə çalışır.
Respublika Ali sovetinin sessiyalarında, ictimai-siyasi
məclislərdə, kütləvi informasiya vasitələrindəki
çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi
vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət
və məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın
istək və arzularını tərənnüm edən, bu arzuların həyata
keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi
onuın şəxsi mənafeyinə çevrilmişdir.
Görkəmli söz üstadı, Azərbaycanın xalq şairi Bəxtiyar
Vahabzadə 2009-cu ilin fevralin 13-ündə 84 yaşında vəfat
edib. Şair Fəxri Xiyabanda torpağa tapşırılıb.
Azərbaycan Yazıçılar Briliyinin təqdimatı
ŞİİRLERİNDEN SEÇMELER
ALLAH
İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmasa, görünməz gözə Allah.
Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.
Bildik, bilirik, gizlidir insadakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.
Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.
Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.
İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.
Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.
1984
BABASI KIMI
Mənim bir gözəl
Körpə nəvəm var.
O da Bəxtiyar,
Mən də Bəxtiyar.
Biz baba-nəvə
Adaşıq, adaş.
O, mənə vüqar,
Mən ona sirdaş.
Mən bir ağacam,
Nəvəm qol-budaq.
Mən onun kökü,
O,məndə yarpaq.
Xalqa vuruldum
Mən şair oldum,
Bilmirəm ancaq
O nə olacaq?
Nə olur olsun,
Kim olur olsun,
Babası kimi
Xalqa vurulsun.
1985
BIR QƏRIBƏ YUXU GÖRDUM…
Ömür yolum- içimdəki vuruşlarım.
Mübarizəm-talem ilə yarışlarım.
Qədərimin yazıları-alnımdakı qırışlarım.
Kaş onları pozan ola!
Təzəsini istəyimcə yazan ola!
Tutuşmuşam, çaxmaq yoxdur alışmağa,
Qaynayıram, təpərim yox, nə coşmağa, nə daşmağa.
Ürəyimin sözlərini oba-oba danışmağa
Dədə Qorqud timsalında ozan ola,
Bir qəribə yuxu gördüm, istəyimcə yozan ola!
1977
ETİQAD-İNAM
Şübhədən inama yol tutmuşam mən,
Özümü özümdə unutmuşam mən.
Bilmirəm özümdə mən kiməm, nəyəm?
Özümə bir qulam, hakiməm, nəyəm?
Bəzən pislə yaxşı, uzaqla yaxın
qarışır,
Gözümdə dəyişir aləm.
Mələklə şeytanın, haqla nahaqqın
Savaş meydanına çevrilir sinəm.
İnamın önündə şübhəm baş əyir
İnama inamla getdiyim zaman.
Amma möcüzələr girə bilməyir
Ağlaman taybatay qapılarından.
Günəş sirr,
Ay da sirr,
Ulduzlar da sirr.
Nə vaxt açılacaq bu sirr düyünü?
Ağlın kiçikliyi qavraya bilmir
Xaliqin ölçüsüz böyüklüyünü.
Onda etiqadı dərhəl arxa cərgədən
Dərhal köməyimə çağırıram mən.
Beləcə gedirəm inama doğru.
Bilmirəm, inama gedən yolmu bu?
Suallar beynimi deşir günbəgün,
Özümə ən böyük sirrəm özüm də.
Qeyri-adiliklər bəlkə bununçün
Dönür möcüzəyə mənim gözümdə?
Elə yol gedirəm, yol uzun, yoxuş,
Son ucu görünmür gözə mənzilin
Çatdığım hər mənzil başlanğıcıymış
Getmək istədiyim təzə mənzilin.
6 iyul, 1993
ƏZAN SƏSLƏRİ
-Bu dağı, bu daşı min ildən bəri
Vətənə çevirdi əzan səsləri
Nə imiş görəsən, nə deyir o səs?
Göylərə tuşlanan o qaib nəfəs?
Nədir o səsdəki əzəmət, kədər-
Genişlik, sonsuzluq, ənginlik qədər?
- Yerləri göylərə bağlayan dirək,
Göyləri yerlərə endirən dilək!
İyun, 1994 / Şəki
ANAM ÖLDÜMÜ?
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.
Günəş qürub etdi... otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm: Səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.
Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.
Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım cənazəndəmi?
"Yuxun şirin olsun" - deyərdin mənə,
"Yuxun şirin olsun" - deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?
Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.
Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.
Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin!" - deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?..
Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
"Nənəm hanı?" - deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.
Bu gün yeddin oldu...
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.
"Kimləri çağıraq bu gün yeddiyə?"
Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.
Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə...
Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxmlaşıram.
Fevral, 1963.
İBADƏT
Artıq dönüb dövran, dəyişib zaman
Gəlmək istəyirəm haqqa səcdəyə,
İmdad istəməkçün indi tanrıdan
Hər gecə əllərim uzanır göyə:
- İlahi, qəlbimi açıram sənə,
Çin eylə sən mənim röyalarımı.
Diz çöküb önündə gəldim səcdənə,
Qəbul et sən mənim dualarımı.
İbadət! Allahla pünhani söhbət,
İbadət - öz arzum, öz niyyətimdir.
Amma bacarmadım, yaş ötüb.. fəqət
Mənim dualarım ibadətimdir.
Allaha duama, namaz yerinə
Başqa cür ibadət, başqa yol - dedim.
Qol, boyun! Bağlıdır biri-birinə .
Boynun öz yüküdür sınmış qol - dedim.
"Çoxdur günahları ömür yolunun"
Neylərəm bu sözü mənə el desə?
Mən nəyə gərəyəm sınımış qolumun
Yükünü, cövrünü boynum çəkməsə?
Yaman üstələdi günah tövbəni,
Ruh da nəfsimizdə yox olmuş bizim.
İlahi, o qədər unutduq səni,
Bəsirət gözümüz tutulmuş bizim,
Durdu üzümüzə günahlarımız,
Bəndəlik etmədi tanrıya bəndə.
Səni yaxşı gündə unutduq, yalnız
Düşdün yadımıza dara düşəndə.
Dünyanın qəribə oyunları var,
Dünən aldananlar aldadır bu gün.
Dünən səni danıb rütbə alanlar
Səni təbliğ edən molladır bu gün.
Ya Rəbbim, sən özün kömək ol bizə,
İşıq saç qaranlıq ürəyimizə.
Biz bu var dünyada yaşarkən yoxuq,
Sən yox ikən varsan, biz varkən yoxuq.
Bizə bir kəramət bəxş elə yoxdan,
Tanıyaq yolunu, qılaq səcdəni.
Ey gözə görünməz, ey yeri pünhan,
Könül gözümüzlə biz görək səni.
Bizim qəlbimizə nur ver, ilahi,
Bizi haqq yoluna döndər, ilahi.
Sənin köməyinə möhtacıq bu gün,
Eşit fəryadımı, eşit naləmi.
Bizim dərdimizə ortaq et bu gün
Bizim dərdimizə lal-kar aləmi.
Özün görürsən ki, bu gen dünyada
Haqqımız tapdanır hər addım başı.
Təkləndik, əl açaq indi biz yada?
axı, göz yaşımız əridir daşı.
Dözdük bu on ili, dözərik yenə,
Başqa bir hikmətdir təntidən məni:
Məəttəl qalmışam sənin səbrinə,
Sözüm küfdürsə, əfv et sən məni.
Qaldı yad əlində namus, arımız,
Millət unudulmuş, xalq unudulmuş.
Bir loxma çörəkçün övladlarımız
Özgə qapılarda didərgin olmuş.
Dəyanət, ləyaqət qalmadı bizdə,
Hər gün gəlmələrlə dolur məmləkət.
Öz doğma, öz halal vətənimizdə
Gəlmə sahibkara əl açır millət.
Fəhlə maaşını alammır nədən?
On qat artıq alır yad oğulları.
Bizim ac fəhlənin göynərtisindən
Göyərir gəlmənin gömgöy dolları.
Bu millətverilən quru vədəyə,
Yaddan gələn paya şükran edilmiş.
İçilən bol suya, bomboş mədəyə
Udduğu havaya şükran edilmiş.
Doğma məmləkətdə, doğma diyarda
Bu xalqı həyansız qoyma, Allahım,
Cırıq çadırlarda, şaxtada, qarda
Donan körpələrə qıyma, Allahım.
Hamı yalanlardan cəzanə gəlmiş,
Riyalar, boyalar basıb ölkəni.
Bir qarın çörəyə möhtac edilmiş
Bu xalqın üstünə çək öz kölgəni.
Elə hey sabaha baxdıq bu gündən
İşartı görünmür, qarşı dumandır.
Ən adi, ən kiçik haqqımızla sən
Bizi imtahana çəkmə, amandır.
Gəl bu imtahandan sən qurtar bizi,
Ya Rəbbim, ağıl ver, kamal ver bizə.
Çoxdan unutmuşuq düşmənimizi,
Düşmən kəsilmişik bir-birimizə.
Yol bir olmalıdır, əqidə birsə,
Neçə təriqətə bölünmüşük biz.
Ailədə tirəlik - didişmədirsə,
Millətdə tirəlik - fəlakətimiz!
Vətən bir, millət bir, yollar cürbəcür,
Əqidə - ağ yalan, məqsəd - kürsüdür.
Köhnə bayatıya, köhnə səs-küyə
Təzə ad verdilər, ünvan verdilər.
Gözə kül üfürüb uca kürsüyə
Əqidə paltarı geyindirdilər.
Tarix səhnəsindən qorxuram silə
Biri-birimizə bu nifrət bizi.
Əfv et suçumuzu, bizə rəhm elə,
Bu dərin uçrumdan xilas et bizi.
Nə hiylə tanıdı, nə tələ millət,
Sənin anan ölsün, a belə millət.
Bizi endirdilər göylərdən yerə,
Qaytar tariximin qızıl çağını.
İlahi, hökmünlə qaldır göylərə
İslam bayrağını, türk bayrağını.
1-3 yanvar, 1999
VİCDAN XƏSTƏSİYIK
A vicdan əzabım, üsyan əzabım
öldürmə məni.
Musa Yaqub
Musa, vicdanından əlhəzardasan
Bu ovqat necə də mənə tanışdır.
Bizim qəlbimizi ağrıdan vicdan
Umulan kəsləri ağrıtmamışdır.
Dünya bir bilməcə, dünya bir təzad
Arifin dərdi çox, bir qəmxarı yox.
İxtiyar sahibi - vicdandan azad,
Vicdan sahibinin ixtiyarı yox.
Qənimi olsa da əyri, düzlərin
Doğruluq dərsini keçmə oğruya.
Xalqı çalıb çapan qeyrətsizlərin
Vicdanı varmı ki, bir an ağrıya?
Millət öz dərdinə əsir oldusa
Bizim qismətimiz iztirab, ələm,
Mən də sənin kimi, əzizim Musa,
Vicdan əzabmdan xəstə düşmüşəm.
Vətən qarşısmda bilək bir kərə
Hamının danılmaz haqqı, borcu var.
Millətin düşdüyü bu zillətlərə
Mən də günahkaram, sən də günahkar.
Gah olur, gördüyüm bu zillətləri,
Şahidi olduğum müsibətləri
Görmək istəməyib gözümü yumdum,
Onun əlacını özgədən umdum.
Mümkünmü?..
Deyincə, qaraldı qanım
Məni ilan kimi sancdı vicdanım.
Vicdanm səsindən dəng oluram mən
Ağrılar içində qovruluram mən.
"Əlimdən nə gələr?" deyincə ağrı
Azalır, ağlım da haqq verir mənə,
Gözümü yumduğum haqsızlıqları
Vicdansa birbəbir göstərir mənə.
Vicdan saldı məni bax belə dərdə
Mən ondan qaçanda qaçdım özümdən.
İçimdə başlanan çəkişmələrdə
Gizlənpaç oynadım vicdanımla mən.
Vicdan yaxşı seçir əyridən düzü
Yaxşıdan yamanı, dostdan düşməni,
O qovdu, mən qaçdım, itidir gözü
Harda gizləndimsə, o tapdı məni.
Vicdanım zamana uymur ki, uymur,
Məni yaşamağa qoymur ki, qoymur.
Bizim içimizi belə göynədən
Bizi əldən salıb bizi qəhr edən
Haqqın öz səsidir, haqqın öz səsi,
Vicdan xəstəsiyik, vicdan xəstəsi.
Gözümüz önündə haqq çiliklənir
Haqqın qəbri üstə nahaq diklənir.
Bağırdıq: - Dayanın, haqq divanı var.
Gördük, eşitmədi kimsə bu səsi.
Hələ üstümüzə çirkab atdılar
Olduq bu millətin"dönük bəndəsi"
İllər gəlib keçdi, ömür gödəldi,
Baharı gözlədik, təqvimlə gəldi.
Təqvim baharmı neyləyirik biz?
Könül bağçamızı basdı ot, alaq.
Ömrümüz boyunca gözlədiyimiz
Səadət gülləri açmadı ancaq.
Zülmün məhvərinə dolanır zaman
Göydəki buludlar insan ahıdır.
Göydə aramasm Allahı insan
Hər kəsin vicdanı öz Allahıdır.
Ay Musa, özünü yorma boş yerə
İş ki belə gedir, nə gerçək, nə haqq?
Allahı qəlbində görməyənlərə
Vicdan kəlməsini necə anladaq?
11-13 iyul, 1999.
MƏN - OZÜMUN DUŞMƏNI
Mən kiməm? Bu sualı
Hər il ad günlərimdə
öz-özümə vermişəm
Cavab tapa bilməyib
Bu sualın önündə
Başımı endirmişəm.
Mən kiməm?
Mən nəçiyəm?
Eşqim, diləklərim nə?
Niyə gəldim dünyaya,
Bu dünyada yerim nə?
Sağ ikən də bilmirəm
Ölüyəm, diriyəm mən?
Əvvəlini, sonunu
Dərk etməyən, ən adi,
Kəslərdən biriyəm mən.
İmkanla arzuların
Arasmda vurnuxan
Saat kəfkiriyəm mən.
Zamanın dəhrəsilə
Qanadlı arzuları
Budanan bir bəndəyəm.
Mən bir üzü ağamsa,
Bir üzü şərməndəyəm.
Mən özümün düşməni!
Hər gün çəkir çarmıxa
Öz içimdə mən, məni.
Mən özümçün həmişə
Baxdıqca sirri artan
Müəmmalı şəkiləm.
Özümə ittihamçı, özgəsinə vəkiləm.
Bildiyim bu qədərmiş
Məni məndən gizlədən
O suallar hədərmiş.
İyun, 1999
AZƏRBAYCAN-TÜRKİYƏ
(Cavanşir Quliyev musiqi bəstələmişdir)
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız—
Sevincimiz-məlalımız.
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Ana yurdda-yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
20 март, 1996.
M.Ə.RƏSULZADƏNİN XATİRƏSİNƏ
Heykəl var-məzara gömülsün gərək,
Məzar var, heykəli ucalmalıydı.
N.Həsənzadə
Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da
Sən öz canını qoydun.
Borclu ikən Vətən sənə, xalq sənə
Hər şey döndu tərsinə.
Bu torpaqdan verəmmədik
Bir məzarlıq yer sənə.
Zamana bax! Bu torpağı
Bir“sağ ol”a satana,
Xəyanətin kölgəsində
rahat-rahat yatana
Bu milləti ölümlərlə
imtahana çəkənə
Məmləkəti başdan-başa
talayana, sökənə
Heykəllər ucaltmışıq.
Özümüzü bəyənməyib
“Beynəlmiləl” laylasına yatmışıq.
Yatdığımız bəs etməzmi?
Ayılaq bir, görək bir
Xeyir nədir, şər nədir?
Riyalara,boyalara
yetmiş ildir uymuşuq.
Gör kimin əvəzinə
kimə heykəl qoymuşuq.
Ancaq ana təbiətdə
Bir əzəli qayda var:
Bünövrəsi eşq olmayanın
Tunc olsa da tez uçar.
Heykəl-məzar!
Biri- zora söykənibdir
Biri-haqqa, şərəfə!
Davamlıdır
qəlbimizə köçüb gələn o məzar.
Postamenti nifrət olan
yüz heykəldən yüz dəfə!
28 may, 1990
ALLAHDAN QANAD İSTƏDİM
(son variant)
Allahdan qanad istədim,
Allah mənə xəyal verdi.
Bu qanadlı xəyal mənə
Yaşamağa macal verdi.
Allahdan fərəh istədim,
Allah mənə kədər verdi.
Bu kədərim, qədərimə
Tamam başqa qədər verdi.
Allahdan ağıl istədim,
Allah mənə ürək verdi.
Bu ürək mənim ömrümə
Qəm üstündən qəm gətirdi.
Allahdan dözüm istədim,
Allah mənə qəzəb verdi.
Mən Allahdan rəhm istədim,
Mənə bollu əzab verdi.
Mən Allahdan haqq istədim,
Zülmünü gen-bol eylədi.
Əzabların kotanına
O, sinəmi yol eylədi.
1998-1999
AXI, DÜNYA FIRLANIR
Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.
Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.
Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...
Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır...
Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarm üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.
əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.
Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.
Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
5 oktyabr, 1985.
QORXU
Mənim sol əlimdə yanıq yeri var,
O mənə töhfədir körpəliyimdən.
Odun odluğundan xəbərsiz vaxtlar
əlimi manqalda yandırmışam mən.
Mənə "cız" dedilər,
Ancaq qorxmadım.
əlimi yandırıb tanıdım odu.
Mənim həyat ilə ilk tanışlığım
əlimi yandıran oddan başladı...
Oxşadı gözümü hələ uşaqkən
Ocağın al-əlvan alovu, közü
Dünyaya gələli, bilmirəm nədən
Nəyə vurulduqsa, yandırdı bizi...
Mən oddan qorxmadım yanana qədər;
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım,
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu-
Başlandı ehtiyat-
Başlandı həyat...
1966, Şəki
BAYRAQ
Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başma tac olan hilal.
Daim ucalasan! Savas günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Aprel, 1998
QƏRİBƏ DEYİLMİ?
Qəribə dünyadır, bəzən baş yarır
Ayağın dəstəyi taxta çəliklər.
Bəzən qul sahibi qula yalvarır
Dünyanı fırladır qəribəliklər.
- Dünya çalxalanır yenə dəniz tək.
- Bu böyük dünyanın dərdini çəkmək
Bizəmi qalıbdır?
- Vallah, nə deyim?
Sənə yox, mənəsə qalıb, neyləyim?
Qəribə deyilmi?
Sən sirr, mən də sirr.
Bu sirri bilmirik necə çözməli?
Kimi övladının dərdini çəkmir,
Kimi də xalqının dərdindən dəli!
Torpaq əldən getdi, ölkə talandı,
Sənin nə vecinə, günün ağ olsun.
Səninçün dünyada hər şey yalandı
Təki damağın çağ, canın sağ olsun.
Bu boyda millətin ağır günündə
Qaşını çatmaq da sənə əzabdır.
Qardaşın döyülsə gözün önündə
Deyərsən, nə hay-küy, nə şaphaşapdır?
Ayıra bilirsən xeyirdən şəri,
Mənfəət meydanı səninçin gendir.
Nə Vətən, nə millət?
Səndən ötəri
Harda xeyrin varsa, ora vətəndir.
Xalqın naləsinə qulaqların kar,
Millətin içində millətə yadsan.
Dərddən başımıza yağdı yağışlar,
Səni islatmadı, dərddən azadsan.
Bir qırıq dəymədi xeyrin özgəyə
Quru ağacdan da meyvə dərmisən.
Xeyrinin gözüylə baxdın hər şeyə
Dünyanı cibinə yerləşdirmisən.
Qışın çovğunu da sənə yaz gəlir
Əgər mənfəətin var isə bundan.
Xeyrindən özgə şey sənə vız gəlir
Araz açığından, Kür topuğundan.
Heç demə, dünyada dünyada kənar
Zamanın çölündə yaşayan da var...
Oktyabr, 1998.
NÖQSANDAN DA BETƏRMİŞ
Öz-özümü mənəm çəkən çarmıxa,
Nə biləydim, hökmü verən qədərmiş.
Öz içimdə hakim ilə vəkilin
Gecə-gündüz çəkişməsi hədərmiş.
Çox düşündüm: nədir qəsdim, niyyətim?
Hara çəkir görən məni fıtrətim?
Bu dünyadan mənim payım, qismətim
Sevincimdən oğurlanan kədərmiş.
Mən baxmadım nə yada, nə həmdəmə,
Nöqsanımı faş elədim aləmə.
Hey danladım öz-özümü... heç demə,
Mərdliyim də etirafa qədərmiş...
Vicdanımdan sordum: nədir etiraf?
Cavab verdi: bir tövbədir etiraf.
İndi bildim, əməlsiz bir etiraf
Günah kimi nöqsandan da betərmis.
31 dekabr, 1998
MİLLƏTİM
Niyə bu günə düşdün
Ay mənim məmləkətim?
Özümə düşmən olub
Aşıb-daşan sərvətim.
Bir vaxt sən də xan idin,
Vaxta hökmüran idin,
Dövlətlər quran idin,
İndi sənə nə nə oldu
A qullaşan millətim?
Daşından da zər bitər,
Yeddi arxana yetər.
Dilənçidən beşbetər
Yoxsullaşan millətim.
Namusuyla, arıyla,
Keçdiyi yollarıyla,
Böyük oğullarıyla
Oğullaşan millətim.
Savaş hünərləriylə,
Qəhrəman ərləriylə,
Böyük zəfərləriylə
Nağıllaşan millətim.
Dəmir qıran dişiylə,
İgidlik vərdişiylə,
Öz şanlı keçmişiylə
"Sağollaşan" millətim.
Bu xalqın öz övladı
Öz-özünü ovladı.
Səbrini buxovladı
Səbri daşan millətim.
Necə dözdün bir belə
Müsibətə, müşkülə?
Çəkdiyi sitəm ilə
A yollaşan millətim?
Nə gündəsən, nə gündə?
Qor qalmayıb külündə.
Qeyrətsizlər əlində
Bu gün çaşan millətim.
İstəyirəm çaşmaya,
Dərdiylə yollaşmaya,
Bir daha qullaşmaya
Xan oğlu, xan millətim.
May, 1998
GÖRMÜR, GÖRÜR
O, namaz üstündə əl açıb göyə
Allaha üz tutub, "Ya rəbbim", - deyə
Onun duasına qarısır ahı
O, bu dəm elə bil görür Allahı,
Gözə görünməzdir onun pənahı
Köməkcün əlini açmaz bir kəsə.
Necə gorə bilər, axı, Allahı
Allah, o mömünün ürəyindəsə?
Görmür Allahını namaz qılanlar
Allahsa, onları görür bu anlar.
İyul, 1998.
YARƏB
Rəhm eylə özün sən mənim övladıma, yarəb,
Rəhm eylə mənim naləmə, fəryadıma, yarəb.
Məhrum eləmə sən onu dünya işığından,
Sənsən pənahım, sən yetiş imdadıma, yarəb.
Səndən umuram, ummuşam hər dərdimə çarə,
Bu xisləti mən borcluyam öz zatıma, yarəb.
Şükr eyləmişəm mən ki, qədər-qismətə daim.
Döndərmə qədər-qisməti cəlladıma, yarəb.
Xoşbəxt qulunun Bəxtiyar adlanması səndən,
Uyğun elə sən taleyimi adıma, yarəb.
Rəhm eylə, özün sən mənim övladıma, yarəb,
Rəhm eylə mənim naləmə, fəryadıma, yarəb.
20 noyabr, 1998.
CƏLALƏDDIN MÖVLANAYA BƏNZƏTMƏLƏR
Mən yoxam, adicə bir adam, Allah,
Sənə catmaq üçün fəryadam, Allah.
Qul azad olanda şad olmalıdır
Qulun olduğuma mən şadam, Allah.
Dövr eylədikcə gizlicə axşam-səhər zaman,
Minlərlə aşikarları pünhan edər zaman.
Eşqində sağ qalanlar ölür, ölmədən qabaq
Eşqimdə ölmüşəm, diri qalmaqçün hər zaman.
1998.
NƏFSİMİZ
Bizdə bu soyaq qanları neylərdin ilahi ?
M. Ə. Sabir
Qacqının payına göz dikən alçaq,
Sənə hansı haqla mən insan deyim?
Millətin qanını soran qurumsaq,
Mən sənin adına soxulcan deyim.
Bəs hanı insanlıq, bəs hanı vicdan?
Tamah insanlıqdan qabağa düsdü?
Bəlkə də bu dövran dolandıgından
Qibləmiz gah sola, gab sağa düsdü.
Bu, sənin xalqına ürəyi yanan
Özgə bir millətin verdiyi paydı.
Ey öz millətinə yaddan yad olan,
Paya göz dikincə gözün çıxaydı.
Xalqının dərdinə özgələr qədər
Yanmadın, bəs bunu niyə qanmadın?
Yetim qismətini yeyib sərasər
O şisən qarnından heç utanmadın.
Biz necə məxluquq, anlamıram mən
Nəfsimiz ağırmıs qeyrətimizdən.
İyul. 1998.
VİCDAN XƏSTƏSİYIK
A vicdan əzabım, üsyan əzabım
öldürmə məni.
Musa Yaqub
Musa, vicdanından əlhəzardasan
Bu ovqat necə də mənə tanışdır.
Bizim qəlbimizi ağrıdan vicdan
Umulan kəsləri ağrıtmamışdır.
Dünya bir bilməcə, dünya bir təzad
Arifin dərdi çox, bir qəmxarı yox.
İxtiyar sahibi - vicdandan azad,
Vicdan sahibinin ixtiyarı yox.
Qənimi olsa da əyri, düzlərin
Doğruluq dərsini keçmə oğruya.
Xalqı çalıb çapan qeyrətsizlərin
Vicdanı varmı ki, bir an ağrıya?
Millət öz dərdinə əsir oldusa
Bizim qismətimiz iztirab, ələm,
Mən də sənin kimi, əzizim Musa,
Vicdan əzabmdan xəstə düşmüşəm.
Vətən qarşısmda bilək bir kərə
Hamının danılmaz haqqı, borcu var.
Millətin düşdüyü bu zillətlərə
Mən də günahkaram, sən də günahkar.
Gah olur, gördüyüm bu zillətləri,
Şahidi olduğum müsibətləri
Görmək istəməyib gözümü yumdum,
Onun əlacını özgədən umdum.
Mümkünmü?..
Deyincə, qaraldı qanım
Məni ilan kimi sancdı vicdanım.
Vicdanm səsindən dəng oluram mən
Ağrılar içində qovruluram mən.
"Əlimdən nə gələr?" deyincə ağrı
Azalır, ağlım da haqq verir mənə,
Gözümü yumduğum haqsızlıqları
Vicdansa birbəbir göstərir mənə.
Vicdan saldı məni bax belə dərdə
Mən ondan qaçanda qaçdım özümdən.
İçimdə başlanan çəkişmələrdə
Gizlənpaç oynadım vicdanımla mən.
Vicdan yaxşı seçir əyridən düzü
Yaxşıdan yamanı, dostdan düşməni,
O qovdu, mən qaçdım, itidir gözü
Harda gizləndimsə, o tapdı məni.
Vicdanım zamana uymur ki, uymur,
Məni yaşamağa qoymur ki, qoymur.
Bizim içimizi belə göynədən
Bizi əldən salıb bizi qəhr edən
Haqqın öz səsidir, haqqın öz səsi,
Vicdan xəstəsiyik, vicdan xəstəsi.
Gözümüz önündə haqq çiliklənir
Haqqın qəbri üstə nahaq diklənir.
Bağırdıq: - Dayanın, haqq divanı var.
Gördük, eşitmədi kimsə bu səsi.
Hələ üstümüzə çirkab atdılar
Olduq bu millətin"dönük bəndəsi"
İllər gəlib keçdi, ömür gödəldi,
Baharı gözlədik, təqvimlə gəldi.
Təqvim baharmı neyləyirik biz?
Könül bağçamızı basdı ot, alaq.
Ömrümüz boyunca gözlədiyimiz
Səadət gülləri açmadı ancaq.
Zülmün məhvərinə dolanır zaman
Göydəki buludlar insan ahıdır.
Göydə aramasm Allahı insan
Hər kəsin vicdanı öz Allahıdır.
Ay Musa, özünü yorma boş yerə
İş ki belə gedir, nə gerçək, nə haqq?
Allahı qəlbində görməyənlərə
Vicdan kəlməsini necə anladaq?
11-13 iyul, 1999.
MƏN - OZÜMUN DUŞMƏNI
Mən kiməm? Bu sualı
Hər il ad günlərimdə
öz-özümə vermişəm
Cavab tapa bilməyib
Bu sualın önündə
Başımı endirmişəm.
Mən kiməm?
Mən nəçiyəm?
Eşqim, diləklərim nə?
Niyə gəldim dünyaya,
Bu dünyada yerim nə?
Sağ ikən də bilmirəm
Ölüyəm, diriyəm mən?
Əvvəlini, sonunu
Dərk etməyən, ən adi,
Kəslərdən biriyəm mən.
İmkanla arzuların
Arasmda vurnuxan
Saat kəfkiriyəm mən.
Zamanın dəhrəsilə
Qanadlı arzuları
Budanan bir bəndəyəm.
Mən bir üzü ağamsa,
Bir üzü şərməndəyəm.
Mən özümün düşməni!
Hər gün çəkir çarmıxa
Öz içimdə mən, məni.
Mən özümçün həmişə
Baxdıqca sirri artan
Müəmmalı şəkiləm.
Özümə ittihamçı, özgəsinə vəkiləm.
Bildiyim bu qədərmiş
Məni məndən gizlədən
O suallar hədərmiş.
İyun, 1999
AZƏRBAYCAN-TÜRKİYƏ
(Cavanşir Quliyev musiqi bəstələmişdir)
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız—
Sevincimiz-məlalımız.
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Ana yurdda-yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
20 март, 1996.
M.Ə.RƏSULZADƏNİN XATİRƏSİNƏ
Heykəl var-məzara gömülsün gərək,
Məzar var, heykəli ucalmalıydı.
N.Həsənzadə
Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da
Sən öz canını qoydun.
Borclu ikən Vətən sənə, xalq sənə
Hər şey döndu tərsinə.
Bu torpaqdan verəmmədik
Bir məzarlıq yer sənə.
Zamana bax! Bu torpağı
Bir“sağ ol”a satana,
Xəyanətin kölgəsində
rahat-rahat yatana
Bu milləti ölümlərlə
imtahana çəkənə
Məmləkəti başdan-başa
talayana, sökənə
Heykəllər ucaltmışıq.
Özümüzü bəyənməyib
“Beynəlmiləl” laylasına yatmışıq.
Yatdığımız bəs etməzmi?
Ayılaq bir, görək bir
Xeyir nədir, şər nədir?
Riyalara,boyalara
yetmiş ildir uymuşuq.
Gör kimin əvəzinə
kimə heykəl qoymuşuq.
Ancaq ana təbiətdə
Bir əzəli qayda var:
Bünövrəsi eşq olmayanın
Tunc olsa da tez uçar.
Heykəl-məzar!
Biri- zora söykənibdir
Biri-haqqa, şərəfə!
Davamlıdır
qəlbimizə köçüb gələn o məzar.
Postamenti nifrət olan
yüz heykəldən yüz dəfə!
28 may, |