|
|
|
|
|
ENGLISH /
DEUTSCHE
/
FRSENCH
/
RUSSIAN
/
ZİYARETÇİ
DEFTERİ |
|
|
|
AZERBAYCAN HABERLERİ www.asilkan.org |
|
|
|
|
|
|

Bu gün Elçibəyin və Nəcəf
Nəcəfovun doğum günüdür
Bu gün müasir Azərbaycan
tarixində öz xüsusi yeri
olan iki şəxsiyyətin doğum
günüdür.
Bunlar Azərbaycanın ikinci
prezidenti mərhum Əbülfəz
Elçibəyin və onun mətbuat
katibi olmuş, müstəqil
Azərbaycan mətbuatının
banilərindən olan, “Azadlıq”
qəzetinin yaradıcısı Nəcəf
Nəcəfovdur.
Əbülfəz Qədirqulu oğlu
Əliyev (Elçibəy) 24 iyun
1938-ci ildə Naxçıvan MR-in
Ordubad rayonunun Kələki
kəndində anadan olub. 7
illik Unuskənd məktəbini
bitirdikdən sonra Ordubad
şəhər 1 saylı orta
məktəbində təhsilini davam
etdirib. 1957-ci ildə Bakı
Dövlət Universitetinin
şərqşünaslıq fakültəsinin
ərəb filologiyası şöbəsinə
daxil olub. Buranı
bitirdikdən sonra (1962)
təyinatla SSRİ Hidrolayihə
İnstitutunun Bakı şöbəsində
tərcüməçi işləyib. Misir
Ərəb Respublikasına
göndərilən Əbülfəz bəy Əsvan
bəndinin tikintisində
tərcüməçi kimi çalışıb
(I.1963 - X.1964). Xarici
ezamiyyətdən dönərək 1965-ci
ildə BDU-nun aspiranturasına
daxil olub və aspirantura
təhsilini 1968-ci ildə
uğurla tamamlayıb. "Tulunilər
dövləti (868-905)"
mövzusunda dissertasiya
müdafiə edərək tarix elmləri
namizədi alimlik dərəcəsi
alıb (1969). BDU-nun "Asiya
və Afrika ölkələri tarixi"
kafedrasında müəllim və baş
müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında
Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsi onu
tələbələr arasında millətçi
və antisovet təbliğatı
aparmaq adıyla həbs edir və
17 iyul 1976-cı ilədək
siyasi dustaq olaraq
azadlıqdan məhrum edir.
Əsasən Qaradağ daş
karxanasında ağır fiziki
işlərə məhkum edilib.
1976-cı ilin dekabrında
indiki Azərbaycan EA
Əlyazmalar İnstitutunda
kiçik elmi işçi kimi elmi
fəaliyyətə başlayır.
Sonralar böyük elmi işçi,
şöbə müdiri, aparıcı elmi
işçi elmi rütbə və
vəzifələrə qədər yüksəlir
(16.07.1992-ci ilədək).
Klassik və müasir ərəb
dilini, İslam dininin
əsaslarını, Şərq ölkələrinin
elm, tarix, fəlsəfə və
mədəniyyətini incəliklə
bilən ən ciddi alimlərdən
sayılan Əbülfəz Elçibəy
Azərbaycan tarixşünaslıq və
şərqşünaslığında indiyədək
öyrənilməyən sahələrdə çox
dəyərli və əsaslı elmi
araşdırmalar aparıb.
1988-ci ildə Azərbaycan Xalq
Hərəkatı başlayanda məhz
Elçibəy onun öndərlərindən
biri olub. O, Hərəkatın
təşkilatlanmış forması olan
Azərbaycan Xalq Cəbhəsini
yaradanlardan (iyul 1989)
biri və ömrünün sonunadək
onun əvəzedilməz sədri olub.
Məhz sədrliyi altında AXC-nin
gərgin mübarizəsi sayəsində
Azərbaycanın müstəqilliyi
haqqında tarixi Akt qəbul
edilib (18 oktyabr 1991).
Əbülfəz Elçibəy 1992-ci ildə
Azərbaycan Respublikasında
ilk dəfə demokratik yolla
prezident seçilib. 1993-cü
ilin iyununda hakimiyyətdən
uzaqlaşaraq doğma Kələki
kəndinə gedib və burada 4 il
4 ay yaşayandan sonra
ömrünün sonunadək siyasi
mübarizəsini davam etdirib.
Uzun sürən xəstəlikdən sonra
2000-ci ilin 22 avqustunda
Türkiyənin Ankara
şəhərindəki xəstəxanada
vəfat edib. Elçibəy birinci
Fəxri Xiyabanda dəfn edilib.
Nəcəf Nəcəfov 1955-ci il
iyunun 24-də Bakıda fəhlə
ailəsində anadan olub. Xalq
Təsərüffatı İnstitutunu
bitirib. 80-ci ilin
əvvəllərindən "İnşaatçı"
qəzetində jurnalist
fəaliyyətinə başlayıb. Sonra
"Vışka" qəzetində şöbə
müdiri işləyib və 1986-cı
ilə kimi bu vəzifəni yerinə
yetirib. Həmin il N.Nəcəfov
"Molodyoj Azerbaydjana"
qəzetinə redaktor təyin
edilib. Onun rəhbərliyi
dövründə "Molodyoj
Azerbaydjana" ölkənin ən
populyar və sevimli qəzeti
olub. 1986-1989-cu illərdə "Molodyoj
Azerbaydjana" faktiki olaraq
Respublikanın mərkəzi
qəzetinə çevrilib.
Müstəqil "Azadlıq" qəzetini
təsis edən (1989-cu il) N.Nəcəfov,
respublikanın suverenliyinə
və ərazi bütövlüyünə
təhlükənin artdığı bir
vaxtda, AXC liderlərindən
biri kimi, siyasətlə daha
fəal məşğul olmağa başlayıb.
1990-cı ilin qanlı 20 Yanvar
hadisələrində N.Nəcəfov
Biləcəri yoxuşunda Sovet
qəsbkarlarının qarşısını
kəsən əliyalın adamların ön
cərgəsində olub. Həmin
faciənin zərbələrini ilk
dadanlardan biri də N.Nəcəfov
idi.
1990-1995-ci illərdə
Azərbaycan parlamentinin
deputatı olub. 1992-1993-cü
illərdə N.Nəcəfov
Azərbaycanın o vaxtkı
prezidenti Əbülfəz Elçibəyin
mətbuat katibi vəzifəsində
işləyib. 1993-1995-ci
illərdə o, AXC Məsləhət
Şurasının üzvü vəzifəsində
çalışıb. Ömrünün son
illərində N.Nəcəfov Müstəqil
Sahibkarlığa Yardım Fondunun
vitse-prezidenti olub.
Nəcəf Nəcəfov 1999-cu il
dekabrın 17-də uzun sürən
ağır xəstəlikdən sonra vəfat
edib. Bakı şəhərində Köhnə
qəbiristanlıqda dəfn olunub.
Prezident İlham Əliyevin 21
iyul 2005-ci il tarixli
sərəncamı ilə Azərbaycan
milli mətbuatının 130 illiyi
münasibətilə Azərbaycan
jurnalistikasının
inkişafındakı xidmətlərinə
görə Nəcəf Nəcəfov "Şöhrət"
ordeni ilə təltif olunub
(ölümündən sonra). |
|
ERMƏNİLƏR BAYRAĞIMIZI
YANDIRDILAR

Bir
askerimiz şehid oldu!...
Erməni gənclər Türk
bayrağına od vurdu
Ermeniler bayrağımızı
yaktılar, bir Azerbaycanlı
askerimizi şehid ettiler.
Ermənistanda qondarma
soyqırım gününü qeyd edən
ermənilər, paytaxt İrəvanda
Türkiyə bayrağına od
vurublar. Sınıra saldırarak
bir Azerbaycan askerini
şehid ettiler. Artıq ənənə
halını almış bu hadisədən
sonra əllərində məşəl tutan
minlərlə erməni qondarma
faciə qurbanlarının
xatirəsinə ucaldılmış abidə
önünə yürüş edib. Aksiyanı
hər il olduğu kmi, bu il də
Daşnaksütun partiyasının
gənclər qanadı təşkil edib.
Partiyanın nümayəndəsi
bildirib ki, daşnaklar bu
dəfə Türkiyə bayrağını
yandırmaq istəməyiblər.
"Amma Türkiyə-Ermənistan
münasibətlərinin
normallaşmasına dair
açıqlanmış son razılaşma
onları bu addıma vadar edib".
Türkiyənin Ermənistan
sevgisinin qarşılığıqda belə
bir addımın atılması Gül
hakimiyyətinə bir mesajdır.
Mesajınsa təxminən məzmunu
belədir: "Siz bizə nə qədər
can desəz də, biz sizə çor
deyəcəyik". Qurban olum
düşmənə, qoymur bizi düşməyə. |
|

Kazakistan
iki Azerbaycan gemisini
tutukladı
Aprelin 17-nə keçən gecə
Xəzər dənizinin Qazaxıstan
hissəsində iki Azərbaycan
gəmisi saxlanılıb. "Kazaxstan
Seqodnya" agentliyinin
yaydığı xəbərə görə, "Dalğa"
və "Sapsa" adlı balıqçı
gəmiləri Qazaxıstan
sərhədçiləri tərəfindən bu
ölkənin Bautino limanına
aparılıb. Gəmilərdə 15
Azərbaycan vətəndaşı olub.
Gəmilərin birində 500 kq
kilkə aşkarlanıb.
Azərbaycanın Qazaxıstanın
Aktau şəhərindəki baş konsul
əvəzi Rəşad Məmmədov aprelin
17-nə keçən gecə Xəzər
dənizinin Qazaxıstan
hissəsində iki Azərbaycan
gəmisinın saxlanıldığını
təsdiqləyib. R. Məmmədov APA-nın
Qazaxıstandakı müxbirinə
bildirib ki, Qazaxıstan
sərhədçiləri "Dalğa" və
"Sapsa" adlı gəmiləri
ölkənin su sərhədlərini
pozduqlarına görə
saxlayıblar. Gəmilər
təhqiqat aparılması üçün
Bautino limanına aparılıb.
Gəmilər hələ limana
çatmadığından Qazaxıstan və
Azərbaycan tərəfi dəqiq heç
nə deyə bilmir. Hər iki
gəmidə 15 balıqçının olduğu
bildirilir. R.
Məmmədovun sözlərinə görə,
Mangistau Su Polisi
tərəfindən təhqiqat
başlandıqdan sonra konsulluq
gəmi heyəti və hüquq-mühafizə
orqanlarının rəhbərliyi ilə
görüşlər keçirəcək. |

"Ermənistan sərhədinin açılmasına
qarşıyıq"
"Türkiyənin Ermənistanla sərhədlərin
açılacağına inanmıram. Çünki türk
milləti olaraq, biz Qarabağ problemi
çözülmədən Ermənistan sərhədinin
açılmasına qarşıyıq".
Bunu "AZFEN" Birgə Müəssisəsinin
rəhbəri Bataçar Baysal deyib. Onun
sözlərinə görə, bu gün Türkiyədəki
bütün siyasi qüvvələr - CHP, MHP,
digər partiyalar, hətta AKP-nin də
bir qismi sərhədlərin açılması
ideyasını dəstəkləmir. Bunu əsas
gətirən B. Baysal sərhədlərin
açılmasını mümkünsüz sayır: "Türkiyə
ayağa qalxar".
Sərhədlərin açılacağı halda Türkiyə
ilə Azərbaycanın iqtisadi
əlaqələrində problemin yaranıb-yaranmayacağı
barədə sualı cavablandıran B. Baysal
sərhədin açılacağına inanmadığı üçün
ölkələr arasında problem
gözləmədiyini də qeyd edib: "Digər
tərəfdən, bu dövlətlər, sadəcə,
iqtisadi baxımdan bir-birinə bağlı
deyil. İki qardaş ölkə arasında
mübahisəli məsələlər də ola bilər,
amma o qapı açılmaz. Açılmağa
çalışılsa belə, mütləq Türkiyə
tərəfi həm Barak Obama, həm də
Ermənistan qarşısında Qarabağla
bağlı şərt qoyub. Bunun xaricində
heç nə ola bilməz".
B. Baysal iqtisadi münasibətlər
baxımından və əlverişli bazar olaraq
da Ermənistanın Azərbaycanı əvəz edə
bilməyəcəyini vurğulayıb: "Ermənistanın
heç nəyi yoxdur. Ermənistan
özü-özünü dolandıran ölkə olsaydı,
onda nə üçün sərhəd qapısının
açılmasını istəyir? Ermənilərin
Türkiyəyə ehtiyacı olmasaydı,
sərhədlərin açılması üçün Amerikaya
yalvarmazdı. Sərhədlərin açılmasının
yalnız Ermənistana xeyri ola bilər,
bunun Türkiyəyə heç bir faydası
yoxdur. Ermənistan müstəqil olsa,
Türkiyə və Azərbaycana yaxınlaşar.
Lakin bəzi ölkələr İrəvana təsir
göstərir, onu müəyyən məsələlərə
məcbur edir. Bu ölkələr Ermənistanın
işinə qarışmasa, üç dövlət öz
arasında analaşa bilər".
ŞAMXAL
|
|

"MTN əməkdaşı"
yaxalandı
Bakıda üzərində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşına
məxsus saxta sənədlər olan şəxs həbs edilib. Bu barədə APA-ya
Səbayel rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə,
polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri
nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Emil Oqtay
oğlu Qasımov idarə etdiyi "Jiquli" markalı maşını ilə birgə
şübhəli şəxs qismində saxlanılıb.
E. Qasımovun üzərinə baxış keçirilən zaman ondan Milli
Təhlükəsizlik Nazirliyinə aid saxta sənədlər aşkar edilərək
götürülüb. Hazırda polis əməkdaşları E. Qasımovun hansı məqsədlə
bu sənədləri əldə edərək hazırlamasının səbəblərini araşdırır.
Faktla bağlı Səbayel rayon Polis İdarəsinin istintaq şöbəsi
tərəfindən Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət
təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma,
hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi
ilə cinayət işi başlanıb, istintaq gedir.
|
|
|
|
|
|
|

Güney Azərbaycan Demokrat Partisinin,
1389(2010)-ci İlinin Güney Azərbaycan Dövlətçilik Günü ilə Bağlı
Bəyaniyyəsi
Şərəfli Azərbaycan türk milləti!
64 il bundan öncə
“Azərbaycan demokrat firqəsinin görəvi, Azərbaycanın milli
azadlığıdır.” Siloqanı ilə birləşən millətimiz, şovenizmin istimar və
sitəminə “daha yetər” deyərək mubarizəyə başladı. Ulu öndər Seyyed Cəfər
Pişəvəri rəhbərliyi altında, Azərbaycan millətinin öz muqəddəratını özü
bəlirləmək amacı ilə başlanan milli qurtuluş mucadiləmiz sonucunda,
tariximizin ən dəyərli olayı gərçəkləşdi və milli dövlətimiz quruldu.
1324-cü ilin Azər ayının 21-i (12 dekabr 1945) Güney Azərbaycan
Dövlətçilik Günü kimi tarixdə səbt olaraq, millətimiz başqa
millətin boyunduruğu altında əsarətdə qalmaqla, özgür yaşamağın fərqinə
vararaq, unudulmaz bir təcrübə qazanmış oldu.
Azərbaycan
milli hökümətinin bir il uğurlu hayatına baxmayaraq, şovinist Pəhləvi
ordusu böyük qüdrətlərin işbirliyi ilə
Azərbaycan xalqına
və onun seçdiyi demokratık milli hökümtinə qarşı elan olunmamış muharibə
başladı. Fars şovinist ordusu başladığı bu muharibədə beynəlxalq norma
və məharibə qanunlarını kobudcasına pozaraq, mudafiəsiz Güney
Azərbaycan xalqına qarşı insan xəyalına gəlməyən vəhşiliklər törətdi.
Beləliklə 26 Azər faciəsi, Güney Azərbaycan soyqırım günü olaraq
acınacaqlı bir gün olaraq tarıxımız qazıldı.
Güney Azərbaycan
Demokrat Partisi(GADP)
adına Güney Azərbaycan Dövlətçilik Gününü qutlayaraq, Güney
Azərbaycan soyqırım şəhid və itgilərini hörmətlə yad edirik. Tariximizin
Bu unudulmaz iki gününün təcrübələrinə dayanarq, çağdaş hərəkatımızın
gündəm məsələlərinə toxunmaq istəyirik.
• Son
zamanlarda bir sıra quruplar tərəfindən Güney Azərbaycan milli
hərəkətinin tutduğu stratejik civil və qeyri şiddətli yolundan caydırıcı
bir sözlər ortalığa atılmışdır. Bu sorumsuzluqca olan söyləmlərin milli
hərəkətimizə zərər vura bilər, düşüncəsindəyik. Bütün Güney Azərbaycan
adına çalışan qurumlardan milli hərəkətimizin mədəni bir hərəkət olaraq
qorunub, saxlanmasında diqqətlərini istəyirik.
• İran
şovinist rejimi bu ilin əvvəllərindən Milli hərəkət öncüllərinin bir
qurupunu tutuqlayaraq, onları ağır işkənclərə məruz qoyub və ailələrinə
iyrənc basqı yurutməkdədir. Ayrica İran İttilaat orqanı və onun hərəkət
içi ajanları bu öncüllerin boşluğunu bir fursət kimi dəyərləndirərək,
milli hərəkətdə ixtilaf salmağa çalışmaqdadırlar. Güney Azərbaycan
Demokrat Partisi adına tutuqlanan Güney Azərbaycan aktivistləri,
özəlliklə milli hərəkətin liderlərindən sayılan Yürüş Mehrelibeyli və
Dr. Lətif həsənlinin dərhal azadlığını istəyərək, Milli fəallardan
İttilatın bölücü və təfrəqə amaclı siyasətlərindən dolayı uyarırıq.
• iki ay
öncə, bir sıra fəallar və quruplar tərəfindən Traxtur taxımının qırmızı
bayrağı, milli hərəkətin simvolu olaraq qəbul olunmasına şahid olduq.
Milli hərəkətimiz Güney Azərbaycan sınırları içində öz imkanlarına
baxaraq, zaman zaman dəyişik simvollar və nişanlarla öz varlığını
sərgiləyir. Biz isə, bozqurd nişanı, Babək, səttarxan şəkili və .. kimi
qırmızı Bayrağı milli hərəktimizin simvollarının biri kimi
dəyərləndirərək, bu təşəbbusda bulanan fəallarımızı işbirliyə çağırırıq.
Başlıca qırmızı simvolu bir sıra tanınan opurtunistlərin su
istifadəsindən və dolayısıyla milli hərərkətimizin mahiyyətinin sual
altına aparılmasından qorunmasını vurğulayırıq.
-
Güney Azərbaycan Milli hərəkatının çox həssas durumda
olduğunu bilərək, bir halda ki birlik ruhiyyatının lüzumu hər
zamandan artıq duyulmaqdadır, bir sıra tanınmış şəxslər əllərində
olan imkanlardan sui istifadə edərək, milli hərəkətdə lompənizm və
təxrib etməyə başlamışlar. Bu tür qeyri exlaqi aksiyonlari
qinayaraq, Inanırıq ki millətimiz və milli çalışqanlarımız bu neçə
ildə onların şəxsiyyərləri ilə tanış olmuş və belə çirkin
propqandaların fikir və şəxsiyyət boşluğundan yaranmasını bilirlər.
Yaşasın
Güney
Azərbaycan Dövlətçilik Günü
Güney Azərbaycan
Demokrat Partisi
GADP
Azər 1389 –dekabr
2010 |
|

KARŞIMIZDA BİR RUS TOHUMU
VAR, BİR DE AMERİKAN KÖPEĞİ BİZİMKİNLER DE ONLARA TAKILMIŞLAR, BİZ
NE EDEK GARDAŞ?
Azerbaycanlı kardeşlerimiz
bize küstüler
AKP'ye bəyanat yağışı
Siyasətçilər, alimlər və
jurnalistlər Türkiyədən soruşur:
"Niyə qardaşına qarşı belə edirsən?"
"Allah... Sizi yurdundan
çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan
edər" "Qurani-Kərim", Əl
Mumtəhinə surəsi, ayə 9
Ceyhun Musaoğlu/Adalet
Türkiyədən
Ermənistanla sərhədlərin açılmasının mümkünsüzlüyü ilə bağlı mesajlar
gəlməsinə baxmayaraq, Azərbaycan ictimaiyyəti susmaq fikrində deyil.
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın Türkiyəyə səfəri
çərçivəsindəki açıqlamaları isə Azərbaycanın mövqeyində haqlı olduğunu
göstərir.
ABŞ prezidenti Barak Obamanın Türkiyə-Ermənistan sərhədlərinin
açılmasına dəstək verdiyini ifadə edən fikrini bir daha xatırladaraq
Azərbaycanın etirazlarını faktlarla diqqətinizə çatdıraq. Bu həm də "azərbaycanlılar
təşkilatlana bilmir" deyənlərin səhv düşündüklərinə sübutdur.
Hüseyn Barak Obama: "İndi ən önəmli məqam Türkiyə və Ermənistanın
razılaşmaya gəlməsidir. Mən hörmətli Abdulla Gülə indiyə qədər apardığı
son dərəcə uğurlu müzakirələrdə yardımçı olmaq istəyirəm. Kimsənin bu
müzakirələri azdırmasını istəmirəm". "Bir millət - iki dövlət"
prinsipini tapdayanlar
Deməli, etiraz etməyə dəyər. Hakim Yeni Azərbaycan Partiyasının (YAP)
təşəbbüsü ilə, Müsavat Partiyası istisna olunmaqla, parlamentdə təmsil
olunan patiyaların nümayəndələri bu gün bir araya gələrək Türkiyə-Ermənistan
sərhədinin açılması məsələsində yaranmış vəziyyəti müzakirə ediblər.
Məsələ ilə bağlı YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov
sayta bildirib ki, parlament partiyaları sonda sərhədin açılmasını
pisləyən bəyanat qəbul ediblər.
Dünən Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar
Birliyi ölkə ziyalıları adından da Türkiyə ziyalılarına müraciət qəbul
edib. Müraciətdə deyilir: "Biz - Azərbaycan ziyalıları Türkiyə
Cümhuriyyətinin Orta Şərq və Qafqaz regionunda sülhün, mehriban
qonşuluğun və əmin-amanlığın bərpasına yönəlmiş böyük diplomatik-siyasi
səylərini diqqətlə izləyirik. Qafqazda sabitliyin təmin olunması
məqsədilə rəsmi Ankaranın xüsusi təkliflər paketi hazırlaması bu
cəhətdən ümidlərimizi xeyli artırmışdır. Lakin reallıq bundan ibarətdir
ki, Ermənistan ümumbəşəri dəyərlərin, eləcə də sülh, demokratiya,
sabitlik və regional əməkdaşlıq prinsiplərinin, beynəlxalq hüquq
normalarının tam ziddinə olaraq Azərbaycan ərazisinin 20 faizini işğal
altına almış, həmin ərazilərdə etnik təmizləmə aparmış, tarixi və mədəni
abidələri məhv etməklə regionun mədəni simasını dəyişmiş, Qarabağda
qeyri-qanuni məskunlaşdırma prosesini həyata keçirmiş, ərazinin təbii
sərvətlərini istismar etmiş və beynəlxalq nəzarətdən kənarda qalan
regionda transmilli cinayətkarlıqlar üçün şərait yaratmışdır".
Bəyanatda Türkiyənin Ermənistan hökumətinin xislətinə yaxşı bələd olduğu
xüsusi ilə vurğulanır: "Ermənistan hakimiyyəti Türkiyə rəhbərliyinə
zahirdə xoş məram ifadə edən vədlər versə də, mahiyyət etibarilə bütün
Türk dünyasına qarşı özünün şər-böhtan kampaniyasını davam etdirir.
Bununla bağlı Türkiyənin hakim dairələrində kifayət qədər məlumatın
olduğuna əsla şübhə etmirik. Neçə illərdir ki, Türkiyə məhz bu
səbəblərdən Ermənistanla diplomatik əlaqələr yaratmamış və sərhədlərin
açılmasına hər hansı şəkildə razılıq verməmişdir. Azərbaycan dövləti və
cəmiyyəti isə qardaş Türkiyə ilə əl-ələ verərək Qafqazda tarixi ədalətin
bərpa olunacağına ciddi surətdə inandığı üçün onun bu etibarı ilə
indiyədək fəxr etmişdir".
Bəyanat müəllifləri Türkiyə ilə Ermənistan arasında sərhədlərin
açılmasının yolverilməz olduğunu qeyd edərək AKP tərəfindən bu cür
addımın atılmasının "bir millət - iki dövlət" prinsipinə zidd olduğunu
vurğulayır.
Azərbaycanlı
jurnalistlər üzünü türk
həmkarlarına tutdu
Dünən Azərbaycanın 60-a yaxın Kütləvi İnformasyia Vasitələri də eyni
mövzu ilə bağlı bəyanat yayıb. Müraciəti imzalayanlar arasında həm qəzet,
həm informasiya agentlikləri, həm də jurnalist təşkilatları var.
Müraciət Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunacaq.
60-a yaxın KİV-in qəbul etdiyi müraciətdə deyilir ki, son vaxtlar
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı, diplomatik və
iqtisadi əlaqələrin qurulacağı haqda xəbərlər bütün Azərbaycan
ictimaiyyəti kimi, jurnalistləri də ciddi narahat edir: "Türkiyənin
hakimiyyət nümayəndələrinin bu xəbərləri təkzib etməməsi, eyni zamanda
qardaş ölkənin ictimai-siyasi xadimlərinin çıxışlarında və mediada
Ermənistanla Türkiyə arasında əlaqələrin qurulmasını təsdiq edən
çoxsaylı faktın açıqlanması bu müraciətin ünvanlanmasını zərurətə
çevirən əsas səbəblərdir".
Müraciətdə qeyd olunur ki, ölkələrlə əlaqə qurmaq, münasibət
formalaşdırmaq hər bir dövlət kimi Türkiyənin də suveren hüququdur: "Tarix
əbədi olaraq sərhədləri bir-birinin üzünə qapalı ölkələr tanımır. Ən
kəskin ziddiyyətlər, qarşıdurmalar, problemlər nə vaxtsa dinc yolla,
danışıqlar masası arxasında həllini tapır. Bu tale yaşadığımız Cənubi
Qafqaz regionu üçün də qaçılmazdır. Lakin həm Türkiyəyə, həm də
Azərbaycana qarşı iddialarla çıxış edən, üstəlik, 15 ildən çoxdur ki,
Azərbaycan torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı
etnik təmizləmə siyasəti həyata keçirən Ermənistanla bərabərhüquqlu və
konstruktiv münasibətlərin qurulmasından danışmaq hələ çox tezdir.
İstərdik ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin
qurulmasından əvvəl bu dövlətlər arasındakı sərhədlərin bağlı olması
səbəblərinə, mövcud durumu zəruri edən amillərə, atılması planlaşdırılan
addımın haqq-ədalət prinsiplərinə adekvatlığına, nəhayət, eyni soykökə
malik, dili, dini, mədəniyyəti, adət-ənənələri bir olan millətin
məskunlaşdığı iki ölkə arasındakı münasibətlərə göstərəcəyi təsirə nəzər
salınsın".
Müraciətdə bildirilir ki, işğalçı dövlətlə hərtərəfli əməkdaşlıqdan
imtina, sərhədlərin bağlanması beynəlxalq aləmdə məqbul hesab edilən və
təcrübədə özünü doğruldan siyasi vasitələrdəndir. Daha sonra
xatırladılır ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz
boşaldılması ilə bağlı BMT-nin qətnamələrini yerinə yetirmir, Avropa
Şurası, İslam Konfransı Təşkilatı və digər mötəbər beynəlxalq qurumların
çağırışlarına məhəl qoymur, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar
prosesində barışmaz mövqe nümayiş etdirir: "Belə bir vəziyyətdə
Türkiyənin Ermənistanla sərhədləri açması və hərtərəfli əlaqələr
qurmasından yalnız Ermənistanın faydalanacağına şübhə qalmır. Əminik ki,
bu addım Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə mənfi
təsir göstərəcək, Ermənistanın işğalçı siyasətinə bəraət qazandıracaq və
onu yeni işğallara həvəsləndirəcək. Digər tərəfdən, Türkiyə Ermənistanla
əlaqələr qurduqdan sonra da ermənilərin Türkiyəyə qarşı ərazi iddiası
ilə çıxış edəcəyi, erməni lobbisinin "soyqırımı"nı tanıtmaq cəhdlərindən
əl çəkməyəcəyi şübhə doğurmur".
Müraciət bu sözlərlə bitir: "Biz tarixin sərt məqamlarında türkiyəli
həmkarlarımızın ədalətin müdafiəsinə qalxma cəsarətinə, yüksək
peşəkarlığına, dəyanətinə və dönməzliyinə istinad edərək sizi "bir
milllət, iki dövlət" ideyasına zərbə vura biləcək təhlükənin qarşısının
alınmasında yenə öncüllük göstərməyə səsləyirik. İnanırıq ki, sizin
həmrəyliyiniz, əməli fəaliyyətiniz və qətiyyətiniz AKP iqtidarının
Ermənistanla sərhədləri açmaq niyyətinin qarşısına keçilməz sədd çəkəcək".
Millət vəkili
baş nazirindən soruşur
Bu arada Türkiyəli millət vəkili, Cümhuriyyət Xalq Partiyasının üzvü
Canan Arıtmandan da Azərbaycana dəstək gəlib. Millət vəkili baş nazir
Rəcəb Tayyip Ərdoğana rəsmi sorğu ilə müraciət edib. Arıtman Ərdoğana "Ermənistanla
sərhədi açacaqsınızmı" sualını ünvanlayıb. "Media forum" saytı xəbər
verir ki, millət vəkili sorğu məktubunda Türkiyə-Ermənistan sərhədinin
aprelin 16-da açılacağına dair "Wall Street Journal"da dərc olunan
məqaləni xatırladıb. Arıtman bununla əlaqədar Ərdoğandan aşağıdakıları
soruşub:
- Xarici İşlər Nazirliyi ölkə daxilində belə bir açıqlama vermədiyi
halda Amerikada bu cür açıqlama verməsi doğrudurmu?
- Türkiyə-Ermənistan sərhədini açacaqsınızmı?
- Ermənistan Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində Türkiyənin şərq
bölgələrinin Ermənistan torpağı olduğu və geri alınacağı yazılmaqdadır.
Bunu bilirsinizmi?
- Ermənistan Konstitusiyasının 13-cü maddəsinin 2-ci bəndinə əsasən,
dövlət gerbində və Ermənistan bayrağında Ağrı Dağının yer aldığını
bilirsinizmi
- Ermənistan Konstitusiyasında soyqırım yalanının beynəlxalq miqyasda
tanıdılmasının Ermənistan xarici siyasətinin hədəfi kimi göstərildiyini
bilirsinizmi?
- Bir türk yurdu olan Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın
işğalı altında olduğunu bilirsinizmi? Ermənistanın bu işğalı durdurması
və Azərbaycan türkü olan 1 milyondan artıq məcburi köçkünün
təhlükəsizlik şərtləri əsasında ana yurdlarına dönmələrini təmin edəcək
beynəlxalq diplomatik cəhdlərə qoşulacaqsınızmı?
- Ermənilərin Azərbaycan torpaqlarını işğal edərkən başda Xocalı
qətliamı olmaqla on minlərlə türkü qətlə yetirdiyini, yetmişdən artıq
türk diplomatını, onların ailələrini, səfirlik işçilərini öldürənləri
önəmli vəzifələrə gətirdiyini bilirsinizmi?
- Ermənistanın Türkiyə ilə sərhədi tanımadığını, bu sərhədi dəyişmək
üçün Avropa Birliyində və Rusiyada lobbi çalışmaları apardığını
bilirsinizmi?
- Bütün bu həqiqətlərin işığında türk millətinin Ermənistanla sərhədi
açmanızı qəbul edəcəyinimi düşünürsünüz?
Canan Arıtman bütün bu suallarına baş nazirdən yazılı cavab tələb edib.
Azərbaycan ictimaiyyəti ayaqdadır. Qarabağın itirilməsi ilə
razılaşmayanlar qardaş ölkəni bəyanat yağışına tutub. Biz inanmaq
istərdik ki, iki qardaşın arasını vurmaq istəyən üçüncü məkrli qüvvə
var. Birləşib bu qüvvəni aramızdan çıxarmalıyıq ki, düşmənə çevrilməyək.
Xəbər verdiyimiz kimi, Türkiyəli jurnalistlərə müraciət edən Azərbaycan
KİV-lərin siyahısı:
1. Əflatun Amaşov - Azərbaycan Mətbuat Şurasının sədri
2. Rəşad Məcid - "525-ci qəzet"in baş redaktoru
3. Aqil Abbas -"Ədalət" qəzetinin baş redaktoru
4. Bəxtiyar Sadıqov - "Azərbaycan" qəzetinin baş redaktoru
5. Müşfiq Ələsgərli - Jurnalistlərin Həmkarlar İttifaqının sədri
6. Yadigar Məmmədli - Demokratik Jurnalistlər Liqasının sədri
7. İlqar Hüseynov - day.az informasiya portalının baş redaktoru
8. Vüqar Səfərli - "Mövqe" qəzetinin baş redaktoru
9. Vüqar Rəhimzadə - "İki sahil" qəzetinin baş redaktoru
10. Rauf Arifoğlu - "Yeni Müsavat" qəzetinin baş redaktoru
11. Elçin Şıxlı - "Ayna-Zerkalo" qəzetinin baş redaktoru
12. Vüsalə Mahirqızı - "Azəri press" Agentliyinin (APA) baş direktoru
13. Həsən Həsənov - "Xalq qəzeti"nin baş redaktoru
14. Tapdıq Abbas - "Paralel" qəzetinin baş redaktoru
15. Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru
16. Elçin Mirzəbəyli - "Xalq cəbhəsi" qəzetinin baş redaktoru
17. Qəzənfər Bayramov - "Ekspress" qəzetinin baş redaktoru
18. Bahəddin Həziyev - "Bizim yol" qəzetinin baş redaktoru
19. Dağbəyi İsmayılov - "AzərTAc" Dövlət Teleqraf Agentliyinin baş
direktorunun müavini
20. Yunus Oğuz - "Olaylar" qəzetinin baş redaktoru
21. Aydın Quliyev - "Bakı xəbər" qəzetinin baş redaktoru
22. Akif Aşırlı - "Şərq" qəzetinin baş redaktoru
23. Əvəz Rüstəmov - "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin
icraçı direktoru
24. Fazil Abbasov - "Azərnyus" -"Azərxəbər" qəzetinin baş redaktoru
25. Cəmaləddin Quliyev - "Paritet" qəzetinin baş redaktoru
26. Namiq Əliyev - "Palitra" qəzetinin baş redaktoru
27. Vəli Vəliyev - "Azad Azərbaycan" qəzetinin baş redaktoru
28. Tatyana Çaladze - "Bakinskiy raboçi" qəzetinin baş redaktor müavini
29. Şakir Ağayev - "Novoye vremya" qəzetinin baş redaktoru
30. Bəhruz Quliyev - "Səs" qəzetinin baş redaktoru
31. Xalid Niyazov - Azərbaycan Müstəqil Jurnalistlər Liqasının sədri
32. Nurəddin Heydərov - "Kaspi" qəzetinin baş redaktoru
33. Rəhim Hüseynzadə - Zərdabi Mətbuat Mərkəzinin sədri
34. Qafar Çaxmaqlı - "Yeni Avrasiya" qəzetinin baş redaktoru
35. Tağı İbrahimov - "Azad Azərbaycan" telekanalının rəhbəri
36. Elşad Eyvazlı - Parlament Jurnalistləri Birliyinin sədri
37. Araz Zeynalov - vesti.az informasiya portalının baş redaktoru
38. Qabil Abbasoğlu - lent.az informasiya portalının baş redaktoru
39. Aslan Abbasov - "Assa irada" İnformasiya Agentliyinin icraçı
direktoru
40. Paşa Kəsəmənski - "Trend" İnformasiya Agentliyinin direktoru
41. Anar Vəziroğlu - "Addım" qəzetinin baş redaktoru
42. Çingiz İsmayılov - "Qarabağ" qəzetinin baş redaktoru
43. Niyaz Niftiyev - "Azadinform" İnformasiya Agentliyinin baş redaktoru
44. Elşad Eyvazlı - "Xəzər" qəzetinin redaktoru
45. Şahin Əliyev - "Üç nöqtə" qəzetinin redaktor müavini
46. Şahin Əliyev - Araşdırmaçı Jurnalistlər Liqasının sədri
47. Yunus Oğuz - "Olaylar" İnformasiya Agentliyinin baş direktoru
48. Sarvan Şamiloğlu - "Qarabağ" qəzetinin redaktoru
49. Sevinc Seyidova - "Həftə içi" qəzetinin baş redaktoru
50. Mübariz Aşırlı - "Türk eli" jurnalının baş redaktoru
51. Rasim Sadıxov - azpress.az saytının redaktoru
52. Niyaz Niftiyev - "Kəlam" jurnalının redaktoru
53. Sevil Yusifova - Jurnalist Qadınlar Assosiasiyasının sədri
54. Süleyman Osmanoğlu - "Proqnoz" qəzetinin baş redaktoru
55. İlham Ələsgərov - "Futbol+qol" qəzetinin redaktoru
56. Sədrəddin Soltan - "Ölkə" qəzetinin redaktoru
57. Seymur Verdizadə - Jurnalist Araşdırmaları Mərkəzinin sədri
58. Ramazan Qafarlı - "Qafqaz+" jurnalının baş redaktoru
59. Arif Alışanov - "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin
sədri
60. Afiq Mirzəbəyli - "Reytinq" qəzetinin baş redaktoru
61. İsmayıl Ömərov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin
baş direktoru
62. Ədalət Əliyev - "Lider" Media Holdiqin prezidenti
63. Vaqif Mustafayev - "Space" Müstəqil Teleradio Şirkətinin prezidenti
64. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri. |
|
|
|

Cənubi Qafqazda
təhlükəsizlik məsələləri
müzakirə edildi
Vüsal Məmmədli / Novruz
Məmmədov: "Biz bu yolla
irəliləyəcəyik, bu yoldan
dönməyəcəyik"
"Son illər maliyyə sahəsində
baş verən kəskin böhran
beynəlxalq diplomatiyada,
siyasətdə və beynəlxalq
münasibətlərdə də
yaşanmaqdadır. Sadəcə,
insanlar bu sahədəki böhranı
maliyyə böhranından az hiss
etdiklərindən buna o qədər
fikir verilmir". Azərbaycan
Prezident
Administrasiyasının
beynəlxalq əlaqələr
şöbəsinin müdiri Novruz
Məmmədov "Cənubi Qafqazda
təhlükəsizliyə maneələr:
mövcud reallıqlar və
regional inkişafın
perspektivləri" mövzusunda
Bakıda keçirilən tədbirdəki
çıxışında söyləyib ki,
siyasətin içərisində
olanların, ekspertlərin,
mütəxəssislərin,
diplomatların bunu yaxşı
görür və anlayırlar: "Azərbaycan
əslində postsovet məkanında
Qərblə həqiqi mənada faydalı
əməkdaşlıq edən yeganə
dövlətdir. Azərbaycanın
həyata keçirdiyi yalnız bir
boru kəməri layihəsi
kifayətdir ki, mənim haqlı
olduğumu sübut etsin. Təkcə
Sürix şəhərində
protokolların imzalanması
mərasimində isə altı aparıcı
dövlətin xarici işlər
nazirləri 3-5 saat ərzində
Ermənistana minnətçi
düşdülər. Niyə, bunun səbəbi
nə idi? Halbuki Dağlıq
Qarabağ münaqişə ilə bağlı
Minsk Qrupuna daxil olan,
eləcə də həmsədr dövlətlərin
xarici işlər nazirləri bir
dəfə belə konkret mövqe
ortaya qoymayıblar".
Şöbə müdiri Qərb
nümayəndələrinin, münaqişə
haqqında danışanların
işlərin yaxşı getdiyini,
danışıqların konstruktiv
olduğunu, münaqişənin
həllinə lap az qaldığını
söylədiklərini xatırladıb.
N. Məmmədov Adnan Hacızadə
və Emin Millinin həbsinə
verilən reaksiyalara da
toxunub: "Onlar bu hadisədən
sonra bloqqer
adlandırılıblar, buna qədər
heç vaxt belə tanınmayıblar.
Mən statistikanı araşdırdım,
onlar haqqında bu 3-4 ay
ərzində Qərb mətbuatında
Dağlıq Qarabağ
münaqişəsindən bir neçə dəfə
artıq material yazılıb.
Bunda məqsəd nədir? Bu
suallar bizi çox
düşündürür".
Şöbə müdiri hamını konkret
danışmağa və ədalətli olmağa
çağırıb: "Qərbdəki
dostlarımız, bura
yığışanlar, burada
olmayanlar, sıx əməkdaşlıq
etdiyimiz dövlətlər, Minsk
Qrupunun həmsədri olan
ölkələr bu məsələlərlə bağlı
daha konkret
danışmalıdırlar. Heç vaxt
ola bilməz ki, münaqişədə
hər iki tərəf eyni səviyyədə
günahkar olsun, bərabər
götürülsün. Bütün bunlara
baxmayaraq, Azərbaycan gənc
dövlət olsa da, qüdrətlidir,
öz yolunu seçib və bu yolda
inkişafı edərək, öz
məqsədlərinə çatacağına
inanır. Nə qədər çətin
situasiya olsa da, nə qədər
çətin durum yaransa da, biz
bu yolla irəliləyəcəyik, bu
yoldan dönməyəcəyik.
Düşünürəm ki, Qərbdə də,
Şərqdə də, Cənubda da,
Şimalda da olan dostlarımız
gec-tez ədalət prinsipinə
daha həssas yanaşaraq, bu
proseslərə özlərinin konkret
və ədalətli mövqeyini
bildirəcəklər". |
|
24 TÜRK GEMİCİMİZ ÖLÜME TERK
EDİLDİ!..
"Mira'daki gemicilerimiz: "Öləcəyimiz günü gözləyirik"
Mira yük gemisi
su alıyor, batmak üzere

Hindistan
sahillərində barraj vuran "Mira" gəmisindəki azərbaycanlı
dənizçilərin vəziyyətləri daha da ağırlaşıb. Türkiyənin "Mira
Denizçilik AŞ" şirkətinə məxsus olan və Panama bayrağı altında
üzən 19 min ton tutumlu quru yük gəmisində 18 türk və 6
azərbaycanlının həyat dramı davam edir. Daha doğrusu, onlar
aclıq və susuzluqdan ölməməyə çalışırlar. "Mira Denizçilik"
şirkətinin kredit borcunu ödəyə bilmədiyi üçün Britaniyanın CMFB
bankının müsadirə edərək öz adına rəsmiləşdirdiyi gəmi indi
Hindistanın Qucarat ştatının Alanq şəhərinin sahilindən 29 km
aralıda okeana lövbər salmış durumdadı. Dünən aldığımız
məlumatlara görə, "Mira" gəmisinin gövdəsində çatlar yaranıb və
gəmiyə fasiləsiz olaraq su dolur. Gəmidə bir qram da olsun,
yanacaq qalmadığı üçün heyət su nasosları ilə pompaları işə
salaraq göyərtənin aşağı qatlarına, anbar və tryumlara dolan
suyu boşalda bilmirlər. Vedrə və qablarla okean suyunu yuxarı
daşıyıb atan dənizçilər isə aramsız artan suyun öhdəsindən gələ
bilmirlər. Dünən səhər "Mira"nın mühərrik bölməsində suyun
hündürlüyü 2 metrə çıxıb. Digər problem isə heyətin istisnasız
olaraq bütün üzvlərinin dənizçi pasportu və digər sənədlərinin
hələ Birləşmiş Ərəb Əmirliklərində əllərindən alındığı üçün
gəminin sahilə yana ala bilməməsidir. Hindistan
qanunvericiliyinə görə, "Mira" sahilə yaxınlaşan kimi onun
sənədsiz dənizçiləri dərhal həbs edilməlidir. Ötən ilin noyabrın
28-də İzmirdən dəmir külçələr və filiz yükü ilə yola çıxan
"Mira" bu ilin yanvarın 18-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu
Dabi limanına gelib. Yükünü boşaldandan sonra hərəkət əmrini
gözləyən heyət üzvləri mobil telefonlarına gələn mesajdan şoka
düşüblər. Bəlli olub ki, "Mira Denizçilik AŞ" şirkəti aldığı
kreditləri qaytara bilmədiyi üçün Böyük Britaniyanın "Culborne
Marina Finans Bank"ı gəmini müsadirə edib.
Lakin sonra gəmi sahibi olan şirkətlə bank arasında müvəqqəti
anlaşma əldə edilir və "Mira" kapitanına Hindistanın Bhavnaqar
limanına getməsi tələb olunur.
Aylarla maaşını ala bilməyən gəmi heyəti isə yalnız Hindistan
sahillərinə çatmağa az qalanda anlayıblar ki, limana girsələr,
polis onları həbs edəcək.
Gəminin kapttanı Həsən Sandıkçının dediyinə görə, onlar dünən
"Mira"nı tərk etməyə başlayıblar. "Xəstələrimiz var,
dənizçilərimizin bəzilərinin ayaqları şişib. Havanın istiliyi
+60 dərəcəyə yüksəlib. Hava çox nəmlidir, sürəkli tərləyirik.
Ystəlik də gəmi adını bilmədiyimiz, heç görmədiyimiz böcəklərlə
dolub. Okeanın suyu isə bulanıq, lehmə təki olduğundan balıq da
tuta bilmirik. Yağış suyunu toplayıb içmək üçün istifadə edirik.
Külək gücləndiyi üçün gəminin alovlana biləcəyindən ehtiyatlanıb
göyərtədə ocaq qalaya bilmirik", - H.Sandıkçı bildirdi.
"Mira"nın ikinci kapitanı Uğur Arabaçı isə daha bədbindi: "Gəmini
tərk etməyə hazırlaşsaq da, hara gedək, kimə üz tutaq - bilinmir.
Ona görə çoxumuz elə "Mira"da qalacaq. Hər hansı təhlükə
durumunda canımızı qurtarmaq üçün nə yanacaq, nə də özümüzü
müdafiə etmək üçün silahımız yoxdur. Xilas ediləcəyimiz günü yox,
öləcəyimiz günü gözləyirik".
Dünən "Mira"nın heyətinin siyahısını əldə etdik. Okeanda
ölüm-dirim savaşı verən insanlar bunlardır:
Türkiyə vətəndaşları: Həsən Sandıkçı, Uğur Arabaçı, Alkın Özdən,
Halil Ağca, Bünyamin Sezer, Salih Oğuş, Erdoğan Çatal, Murat
Aygür, Caner Çiçek, Ahmet Baydar, Erdoğan Gündoğdu, Selcuk
Karafazlı, Mustafa Öksüz, Əhməd Gürcüoğlu;
Azərbaycan vətəndaşları: Zahid Əliyev, Elnur Süleymanov, Zaur
Yaqubov, Rəşad Muradov, Süleyman Maliyev.
Azərbaycanın Hindistandakı səfirliyi isə "Mira" gəmisinin
batmaqda olmadığını bildirib.
"Gəmi yanacaqla təmin edilmədiyindən heyət qaranlıqdadır və
müəyyən çətinliklər çəkir. Amma "Mira"nın batmağa başlaması və
gəmiyə sürətlə su dolması barədə deyilənlər həqiqətə uyğun deyil.
Gəmi ilə bağlı bütün informasiyanı Xarici İşlər Nazirliyinə
yollayırıq", - Azərbaycanın Hindistandakı konsulu Həbib Məmmədov
söylədi.
XİN-nin rəsmi təmsilçisi Elxan Poluxovun dediyinə görə, "Mira"
gəmisindəki vəziyyət dəyişməyib.
"Gəmidəki duruma görə məsuliyyəti onun yan aldığı liman
rəhbərliyi daşımalıdır. Əgər gəmi batmağa başlayırsa, liman
rəhbərliyi müvafiq addımlar atmalıdır. Buna görə də "Mira"nın
batmağa başlaması və liman rəhbərliyinin də baş verənləri
laqeydliklə seyr etməsi gerçək təsir bağışlamır", - E.Poluxov
söylədi.
Onun sözlərinə görə, gəmidəki azərbaycanlıların vətənə
qayıtmaları ilə bağlı bəzi problemlər mövcuddur: "Məhkəmə
azərbaycanlıların vətənə qayıtmalarına etiraz etməz. Amma liman
rəhbərliyi bildirir ki, beynəlxalq qanunvericiliyə uyğun olaraq
"Mira" gəmisi həbs altında olduğundan, heyət üzvləri də gəmidə
qalmalıdır. Konkret halda yalnız heyətdə müəyyən dəyişikliklər
aparıla bilər ki, bunula bağlı hüquqlar da gəmi sahibindədir.
Heyətdəki dəyişikliklər, oradakı azərbaycanlıların xilas edilib
vətənə qaytarılmaları üçün "Mira"nın sahibi tapılmalıdır. O adam
isə gizlənir". Humay/Express |
|

Erməni mediasının türk
"iştah"ı
Ermənistan qəzetləri Türkiyə şirkətlərindən reklam almağa
hazırlaşır. Gümrü-Qars dəmiryolunda isə təmir-bərpa işləri gedir
"Tamamilə yeni prosesdir və doğrusunu desəm, hələ alışmamışıq.
Lakin şübhə etmirik ki, ilk addımlardan sonra işlərimiz daha
rəvan və intensiv forma alacaq, ölkələrimizin kütləvi
informasiya vasitələri ilə bahəm, biznes strukturları arasında
əlaqələr sürətlənəcək, reklam bazarında birgə layihələr həyata
keçiriləcək".
Ermənistanın nüfuzlu gündəlik qəzetlərindən olan "Azq" ("Millət")
qəzetininin baş redaktoru Hakob Havetikyanın dediyinə görə,
Türkiyə şirkətlərindən reklamla bağlı təkliflər almağa
başlayıblar.
Və "Azq" Ermənistanın ilk qəzetidir ki, səhifələri ilə yanaşı,
İnternetdəki saytında da Türkiyə şirkətinin reklam kampaniyasını
aparır.
"MG Gülçiçek" şirkətinin "Azq" səhifələrindəki reklamlarında
erməni xanımlara "dünyanın ən məşhur parfümeriya nümunələrindən
keyfiyyətcə geri qalmayan ətir, kosmetika", habelə şəxsi
gigiyena vasitələri, sabunlar, yuyucu tozlar və s. təklif
olunur.
Şirkət Ermənistanda tərəfdaş axtarır və bu məqsədlə "representation@gulcicek.com"
ünvana elektron poçtla məktub yollamağı məsləhət görür.
Dünən əməkdaşımız həmin ünvana "armparfumindustri@mail.ru"
ünvanından məktub yollayıb və özünü "Ermənistanın Meğri
şəhərində yerləşən "ArmParfumİndustries" şirkəti"nin nümayəndəsi
kimi təqdim edərək mümkün əməkdaşlığın şərtləri ilə maraqlanıb.
"Əməkdaşlığa hazırıq" ruhlu cavabda isə "Gülçiçek" şirkəti
Ermənistanda distribütor olmağı, yəni türk parfümerlərin
istehsal etdiyi malları ermənilərə satmağı təklif edib.
"Azq" qəzetinin reklam departamenti hesab edir ki, sentyabr
ayının sonlarında Türkiyə ilə sərhədin açılmasından sonra
Ermənistanda türk şirkətlərinin sayının artması xüsusi reklam
bazarının formalaşmasına səbəb olacaq.
Erməni qəzetləri elə indidən həmin bazarda yer tutmağa
çalışırlar. "Azq" ilə bahəm, "Aravot", "Haykakan Jamanak", "Hayastani
Hanrapetutyun", "Hay Jam" və daha 4 qəzet də trk şirkətlərindən
reklam almağa hazırlaşırlar. Onların fikrincə, sərhəd açılandan
sonra ilk aylarda reklamların ümumi həcminin minimum səviyyəsi
$8 milyona bərabər olacaq. Daha konkret olsaq, İrəvanda çıxan
qəzetlər hipotetik reklam bazarını artıq bölüşdürməyə də
hazırlaşırlar.
Belə ki, "Azq" və "Panorama" daşınmaz əmlak, ticarət və iaşə; "Respublika
Armeniya" və "Aravot" isə loqistika, nəqliyyat, mebel, məişət
əşyaları və elektronia; "Qolos Armenii", "Haykakan Jamanak", "Ararard"
və "Hnçak" isə mobil kommunikasiyalar, kompüter avadanlığı,
turizm və xidmət sektorlarında fəaliyyət göstərən türk şirətləri
ilə əməkdaşlığa üstünlük verirlər.
"Hayastan-Artsax-Sprük", "Hayots Haşxar", "Delovoy Ekspress", "Novoe
Vremya" qəzetləri isə istisnasız olaraq, bütün türk
şirkətlərindən reklamları qəbul etməyə hazır olduqlarını
bildiriblər.
"Hrapark" qəzetinin baş redaktoru Armine Ohanyan isə deyir ki,
onlar Türkiyə şirkətlərinin reklam təklifləri ilə müraciət
edəcəyi təqdirdə "ciddi seçim"dən sonra qərar verəcəklər.
Türk şirkətlərdən birmənalı şəkildə reklam almayacağını bildirən
yeganə qəzet isə Erməni İnqilabi Federasiyasının orqanı "Yerkir"dir.
"Türkiyə ilə sərhədin açılması bizə yox, türklərə lazımdır.
Türkiyə ermənilərin başına gətirdiyi faciəni tarixi fakt
qismində rəsmən etiraf edib bizdən üzr istəməyincə, onlarla
əməkdaşlıq etmək niyyətində deyilik", - "Yerkir"in açıqlmasında
deyilir.
İrəvan Press-Klubunun sədri Boris Navasardyan isə hesab edir ki,
Türkiyə ilə Ermənistan arasında sərhədin açılması və
münasibətlərin normallaşmağa başlaması erməni iqtisadiyyatına
çox müsbət təkan verməklə yanaşı, ölkədəki reklam bazarını
dəfələrlə artıracaq.
"Türkiyənin sərhədi bağlı saxlaması nəticəsində Ermənistan hər
il orta hesabla $280-320 milyon itirir. Sərhəd açılarsa,
gəlirlər bundan dəfələrlə artıq ola bilər. Türkiyə şirkətlərinin
Ermənistanda aşkar fəaliyyət göstərmələri və buraya
investisiyalar yaratmağa başlayıb müəssisələrlə nümayəndəliklər
qurmalarından sonra isə kütləvi informasiya vasitələrimizin
müraciət edə biləcəkləri reklam bazarının təqribi həcmi ilkin
dönəmlərdə minimum $10 milyon ola bilər", - B.Navasardyan
bildirdi.
Onun sözlərinə görə, gündəlik "Azq" qəzetini çap edən "Azq
Oratert" məhdud məsuliyyəti cəmiyyət indi türk şirkətləri
arasında potensial müştəriləri ilə danışıqlar aparmağa
hazırlaşır.
Bu arada "Panarmenian" agentliyi xəbər verir ki, Gümrü-Qars
dəmiryolunda fəal təmir-bərpa işləri aparılır. "Artıq üç gündür
ki, dəmiryolunda təmizləmə işləri gedir. İşlər həm Ermənistan,
həm də Türkiyə ərazisində aparılır. Araz çayı üzərində, Gümrüdə
və Artaşat bölgəsindəki Marqara kəndinin yaxınlığında yerləşən
sərhəd-buraxılış məntəqələrini də qaydaya salırıq", - Ermənistan
Nəqliyyat Nazirliyindəki mənbə bildirib. Onun sözlərinə görə,
Ermənistan-Türkiyə sərhədinin özündə xüsusi fəallıq müşahidə
olunmur. Bununla belə, Türkiyə tərəfdən sərhəddə yerləşən Əlican
nəzarət-buraxılış məntəqəsində təmir-bərpa işləri başlanıb.
Türkiyə İşbirliyi və İnkişaf İdarəsi Nazirliyi (TİKA) isə
Ermənistan mediasında yer alan xəbərləri, habelə erməni
qəzetlərinin indidən türk şirkətlərindən ala biləcək reklamları
hesablamalarını "gülünc iş" adlandırdı: "Belə açıqlamaları izafi
şərh etməyə ehtiyac görmürük. Ermənistanla sərhədin açılması ilə
bağlı Türkiyə rəhbərliyinin, prezident Abdulla Gül və baş nazir
Rəcəb Tayyib Ərdoğanın indiyədək dəfələrlə səsləndirdikləri
konkret mövqeləri var. Azərbaycanın maraqlarına zidd ola biləcək
hər hansı addımı atmaq niyyətimiz yoxdur və ola da bilməz".
Türkiyədəki iş adamlarını birləşdirən ən nüfuzlu təşkilat
sayılan Türk Sənayeçiləri və İş adamları Dərnəyindən (TUSİAD)
verilən açıqlamada isə bildirildi ki, hazırda Türkiyənin heç bir
şirkəti Ermənistanda fəaliyyət göstərmir: "Bu barədə deyilənləri
ciddi qəbul etmirik".
Həsən AĞACAN/EKPSRESS |
|
Səfir: "Səudiyyə
Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmayacaq"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə
Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Fəhd bin Əli əl-Dusərini etimadnamələrinin
surətini təqdim etməsi münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən
məlumata görə, E. Məmmədyarov İslam ümmətinin bir hissəsi kimi
Azərbaycanda Səudiyyə Ərəbistanına xüsusi münasibət bəsləndiyini,
azərbaycanlıların qəlbində bu ölkənin xüsusi yeri olduğunu
bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin hər zaman Səudiyyə
Ərəbistanı tərəfindən dəstəkləndiyini qeyd edən nazir deyib ki,
bu ağrılı məsələdə Səudiyyə Ərəbistanı əsl dost ölkə kimi hər
zaman Azərbaycanın yanında olub. Azərbaycanın Yaxın Şərq
böhranının nizamlanması ilə bağlı Səudiyyə Ərəbistanının
mövqeyini bölüşdüyünü də vurğulayan E. Məmmədyarov ölkəmizin
Qəzza zolağında sülh və əmin-amanlığın təmin edilməsində maraqlı
olduğu və bölgədəki yenidənqurma işlərinə sosial yönümlü
obyektlərin tikintisi ilə töhfə verməyi planlaşdırdığını
söyləyib.
Öz növbəsində, səfir Fəhd bin Əli əl-Dusəri dost və qardaş ölkə
kimi Azərbaycanın problemlərinə Səudiyyə Ərəbistanında böyük
həssaslıqla yanaşıldığını, bu problemlərin həllində ölkəsinin
Azərbaycana lazımi dəstək göstərməyə hər zaman hazır olduğunu
bildirərək, Azərbaycan torpaqları işğaldan azad olunmayana,
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənə və münaqişənin
nizamlanması ilə bağlı Azərbaycanın maraqları tam təmin
olunmayana qədər Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik
əlaqələr qurmayacağını vurğulayıb. Səfir Azərbaycanın Yaxın Şərq
böhranının nizamlanması ilə bağlı mövqeyi, habelə Qəzza
bölgəsinin yenidən qurulmasına yardım göstərilməsi səylərini
yüksək dəyərləndirib. |

Ankaranın "erməni planı".
Türkiyə Ermənistanla sərhədi
hələlik həftədə 1 gün açmağa
hazırlaşır
Həsən AĞACAN/Express
Türkiyə rəhbərliyinin
Ermənistanla münasibətləri
yaxşılaşdırmaq cəhdləri, bu
səylər fonunda da iki ölkə
arasındakı sərhədi açmağa
hazırlaşması Azərbaycanda kəskin
etirazla qarşılanıb Türkiyənin
özündə ciddi mübahisələrə səbəb
olmaqla yanaşı, erməniləri də
qane etmir. Daha konkret olsaq,
Ermənistan vətəndaşlarının tam
əksəriyyəti indiki vəziyyətdə
Türkiyə ilə sərhədin açılmasına
qarşı çıxır. İrəvandakı "Ararat"
Strateji Araşdırmalar Mərkəzinin
keçirdiyi rəy sorğunun
nəticələrinə görə, Ermənistan
vətəndaşlarının 61%-i Türkiyə
ilə yaxınlaşma siyasətinə
birmənalı şəkildə etiraz edir.
Rəyi soruşulanların 11%-i
Ermənistanla Türkiyənin
diplomatik münasibətlər
qurmasını istəməyib, 6,5%
konkret cavab verməyib, 1,5% isə
cavab verməkdə tərəddüd edib.
Sorğu iştirakçılarının 20%-i isə
Türkiyə ilə münasibətlərin
qurulmasına tərəfdardır - amma
müəyyən şərtlərlə.
Onlar hesab edirlər ki, Türkiyə
qondarma "erməni soyqırım"ını
tanımalı, ermənilrə təzminat
ödəməli, Ermənistanla sərhəd
bölgələrdəki "qədim erməni
yaşayış məskənlərindəki tarixi
abidə və komplekslərini tam
bərpa edərək hazır vəziyyətə
gətirməli", Ermənistanın maraq
və mənafelərinə qarşı addım
atmayacağına söz verməlidir.
Rəsmi Ankara Ermənistanla
münasibətlərin
normallaşdırılmasında
xoşniyyətli siyasət yürütdüyünü
göstərmək üçün ermənilərlə
sərhədi hələlik həftədə bir gün
açacaq. Türkiyə prezidenti,
hazırda Bəhreyndə rəsmi səfərdə
olan Abdulla Gül bildirib ki,
sərhədin tam açılması yalnız
Dağlıq Qarabağ probleminin
həllindən sonra reallaşa bilər.
Bu arada Türkiyə XİN-i
"Ermənistanla münasibətlərin
normalaşdırılması planı" adlı
sənəd hazırlayıb. Münasibətlərin
qaydaya salınması ilə bağlı
İrəvanla danışıqların aprelin
24-dən, hayların qondarma
"soyqırım" günü kimi andıqları
tarixdən sonra başlanması
nəzərdə tutulur.
Ankaranın "erməni planı"ı
belədir:
1. 1915-ci ildə Osmanlı
Türkiyəsində yaşanmış hadisələr
Türkiyə və Ermənistan
tarixçilərindən ibarət birgə
komissiya tərəfindən
araşdırılsın, Erməni İnqilabi
Federasiyası-Daşnaksutyunun
arxivləri də daxil olmaqla,
bütün arxivlər açılsın
2. Türkiyə-Ermənistan
münasibətlərinin
normallaşdırılması üçün birgə
komissiya yaradılsın. Komissiya
ilk əvvəl Ermənistan
parlamentinin 1990-cı ildə qəbul
etdiyi Müstəqillik
Bəyannaməsində yer alan və
Türkiyəyə qarş ərazi iddiasının
olduğu bəndlərin ləğvini
müzakirə etsin.
3. Ermənistan Qars anlaşmasını
tanımalı və Türkiyəyə qarşı
ərazi iddialarından vaz
keçməlidir
4. Ermənistan 1992-ci ildə işğal
etdiyi Dağlıq Qarabağ və
Azərbaycanın ətraf rayonlarından
çəkilməsini vəd etməli, bu
çəkilmənin tarixini
açıqlamalıdır.
Türkiyə prezidenti Abdulla Gül
isə biddirib ki, Ermənistanla
münasibətlərin normallaşması
üçün iki ölkə arasında razılaşma
olmalıdır.
"Bu işlər ötən ilin avqustunda
Qafqazda böyük hadisələr baş
verəndən sonra başlandı.
Gürcüstanın problemləri, Qarabağ
münaqişəsi Cənubi Qafqazdakı
donmuş problemlər arasındadır.
Türkiyə və Ermənistan arasındakı
problemlər də onlardan biridir.
Həmin problemlər donmuş şəkildə
qalarsa, birdən-birə isinər,
toqquşma və savaşa qədər gedə
bilər. Belıə donmuş problemlərin
həlli üçün təkliflərlə
təşəbbüslərimiz oldu. Biz
problemlərlə münaqişələrin din
danışıqlar, masa arxasındakı
müzakirələr vasitəsilə
çözülməsinə tərəfdarıq. Hazırda
Ermənistanla aramızdakı
məsələləri müzakirə etməklə
yanaşı, Ermənistanla Azərbaycan
arasındakı problemlərin də
nizamlanması üçün ciddi və fəal
işlərə başlamışıq", - Türkiyə
prezidenti bildirib.
|
|
|
|
|
|
|