BÜYÜK TURAN'A KOŞAN KUTSAL YOLCU

DIŞ HABERLER

İÇ HABERLER

AZERBAYCAN

SPOR

TAEKWONDO

TEKNOLOJİ

OTO-MOTO

MAGAZİN

ŞİİRLER

FIKRALAR

 

POLİTİKAMIZ

LİNKLER

AKİSLER

REKLAMLAR

KÜNYE

KIZIL ELMA

DOKUZ IŞIK

 

TÜRK DÜNYASI

OSMANLI

TÜRK BÜYÜKLERİ

DİNİMİZ

BOZKURT

 

RESMİ GAZETE

GAZETE - MEDYA

T.C. KİMLİK NO

VERGİ KİMLİK

DÖVİZ

EN GÜZEL FOTOĞRAFLAR SİTEMİZDE

MOSQUE/CAMİLER

GEÇMİŞİMİZ

ÇANAKKALE

OTOMOBİLLER

MOTOSİKLETLER

TAEKWONDO

AHISKA TÜRKLERİ

EN GÜZEL VİDEO FİLMLER SİTEMİZDE

TAEKWONDO

KOMİK

ERMENİ   MEZALİMLERİ

 

Yunus EMRE

Hayatı Şiirleri

Türk milletinin yetiştirdiği en büyük tasavvuf erlerinden ve Türk dili ve edebiyatı tarihinin en büyük şairlerinden biri olan Yunus Emre'nin

KALBİMİZDEKİ BAŞBUĞUMUZ

Türklük şuur ve gururuna, İslâm ahlâk ve faziletine, yoksul-lukla savaşa, adalette yarışa, birliğe, kardeşliğe, kısacası hak yolu, ALLAH Yolu'na çağırıyorum. Modern medeniyetin en ön safına geçmek üzere sıçramaya çağırıyorum.

DZHOKHAR MUSAYEVİÇ DUDAYEV

Türk Milleti

 

Bugün ise, Türkiye'yi yönetenler o yüce değerl-erden çok uzaklar. Halbuki

BÜYÜK

TURAN PARTİSİ 

DÜNYA BASININI ŞAŞKINA ÇEVİRDİ

AHISKA TÜRKLERİ'NİN

GÜÇLÜ SESİ

ahiskaninsesi.com

Hizmetinize girmiştir.

Sitemize

sizleri de

bekleriz. 

ÇANAKKALE ALBÜMÜ

www.asilkan.org

SİTEMİZİN BÜYÜK HİZMETİ

ORİJİNAL ÇANAKKALE RESİMLERİNDEN OLUŞAN ALBÜMÜMÜZ Hizmetinize girmiştir. 

ABD dinsiz laikliği Azerbaycan'a da ihraç etti!..

Azerbaycan’da Saqqallılar işdən çıxarılır

Həsən AĞACAN/ Ekpress.az/ Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri və ARDNŞ-da vəhhabi təhlükəsi ilə bağlı hələlik qeyri-rəsmi şəkildə yoxlamalar başlayıb. Milli Təhlükəsizlik Nazirliyinin son günlər ölkədəki radikal və ekstremist dini qruplaşmalara qarşı apardığı əməliyyatlar, bu zaman vəhhabilərin həbs olunması, ən başlıcası isə "BP" və "Statoil"dan tutmuş, orta və kiçik xarici neft şirkətlərinin Bakıdakı ofislərində "potensial terror təhdidi" situasiyasının yaşanması durumu gərginləşdirib. Artıq iki gündür ki, əcnəbilərin çalışdıqları şirkətlərdə yoxlamalar gedir. Onlar barədə hələlik heç bir rəsmi açıqlamalar verilmir. Əldə etdiyimiz məlumatlara görə, analoжi "saf-çürük" Azərbaycan Dövlət Neft Şirkətində də aparılır. Bu zaman vəhhabiliyin zahiri atributları olan gur saqqal və topuqdan olan şalvarla gəzən işçilər xüsusi nəzarətə götürülür, onların sənədləri nəzərdən keçirilir. Həmin şəxslərin işdən çıxarılmaları gözlənilir.ARDNŞ rəsmiləri isə bunu təkzib etdilər: "Belə yoxlamalar və ya nəzarətəlınmalar yoxdur. Təşkilatda vəhhabilərin olması barədə hələlik konkret məlumatlarımız yoxdur. Təbii ki, belə informasiyalar olarsa, zəruri tədbirlər görüləcəkdir". Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinə gəldikdə isə, bu qurumların təhlükəsizlik və personal üzrə xidmətləri potensial vəhhabi elementlərin zərərsizləşdirilməsi üçün intensiv işə başlayıblar. Aşkarlanan vəhhabilər barədə dünənədk konkret rəqəm olmayıb. Lakin şirkətlərin bu prosesi sona çatdırmaq əzmində olduğu, vəhhabiliklə hər hansı formada əlaqələri olan şəxslərin tutduqları postlardan və işlərindən dərhal azad ediləcəkləri bildirilir.
Bununla yanaşı, ölkənin güc strukturları və xüsusilə də Müdafiə Nazirliyində belə yoxlamaların intensivliyi gücləndirilib. Silahlı Qüvvələrin strukturunda, ələlxüsus da cəbhə bölgəsində və bu bölgəyə yaxın məkanlarda yerləşən hərbi hissələrdə şəxsi heyətlə iş gücləndirilib.

Azerbaycanlı görkemli tarihçi Semed Serdarnia'yı kaybettik Başımız sağ olsun!..

www.asilkan.org

Haber: Memmedrza Aghapur-Isvec / Azerbaycanin gorkemli tarixchisi Semed Serdarnia dunyasin deyishdi"

Azerbaycan Turk milletine ve hormetli ailesine bu musibati tesliyyet edib milletimize bash sagligi ve zialilerimize can sagligi dileyirem. 61 il bundan önce Tebriz shehrinde anadan dogulan Semed Serdarnia bu topraqa ebedi olaraq qovushmushdur. Semed Serdarnianin eserlerinden bir neche örnek:  Azerbaycan tiatr tarixcesi, Irvan musulman ve Turk shehrimish, Tebrizin qeybi merkezi,  Ali Misyo,  Arazin otay-butayinda musulmanlarin(azerbaycanlilarin)soyqirimi, Azerbaycan meshahiri, Qarabagh muharibesi(tercume),  Tebriz birincilerin shehri, Baki, musiqi ve neft shehri,  Mulla Nesreddin Tebrizde,  Azerbaycan qazeteleri,  Azerbaycan....

 

BİZİM BÜYÜK TURAN SEVDAMIZ VAR... BİZİM DÜNYANIN NERESİNDE BİR TÜRK VARSA, ONUNLA ASİLKAN - CEVHER-İ ASLİYE BAĞIMIZ VAR.. VARSIN DİĞERLERİNİN  HER BİRİ ERMENİ OLSUN... ANKARA'DAKİ BOZKURTLARLA, TEBRİZ'DEKİ, KERKÜK'TEKİ, HAMA'DAKİ, HUMUS'TAKİ BOZKURTLAR ARASINDA HİÇ BİR AYRICALIK YAPMIYORUZ...

   ENGLISH    /     DEUTSCHE     /    FRENCH     /    RUSSIAN    /   ZİYARETÇİ DEFTERİ

AZERBAYCAN HABERLERİ  www.asilkan.org

PKK bir Ermeni örgütüdür, Ermenistan

resmen silah veriyor!...

www.asilkan.org Özel haber/

Müdafiə Nazirliyi: “Ermənistan beynəlxalq terrorçuluğun silah bazasına çevrilib”  Ötən il Ermənistandan PKK terror təşkilatına 2 milyon dollarlıq silah-sursat göndərilib. Bu barədə açıqlama yayan Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan qanunsuz silah ticarəti ilə məşğul olmaqda davam edir. Bundan başqa, PKK terrorçuları arasında erməni mənşəli şəxslərin olduqları da sübuta yetirilib. Bu şəxslər Tailandda “Fuerzas Armadas Revolucionarias Columbia” adlı terrorçu qruplaşmaya “Yer-Hava” tipli zenit-raket kompleksinin satışı ilə bağlı danışıqlar aparıblar. Həmin fırıldaqçılar daha əvvəl də silahlı münaqişələrin bürüdüyü Liberiya, Konqo, Anqola, İraq və Kolumbiya kimi üçüncü dünya ölkələrinə qeyri-leqal silah satışında iştirak ediblər. 2005-ci ilin martında silah qaçaqmalçılığı ilə məşğul olan Ermənistan vətəndaşları - Artur və Levon Solomonyan qardaşlarının ABŞ-da həbs olunması da bu baxımdan diqqətçəkəndir. A. Solomonyanın başçılıq etdiyi beynəlxalq cinayət şəbəkəsi Rusiya, Ermənistan və Şimali Qafqazdakı hərbi hissələrdən alınmış silahların satışı ilə məşğul olub. “United Nations Register of Conventional” adlı təşkilatın silah ixracı və idxalına dair illik hesabatında Ermənistan öz ordusu üçün əldə etdiyi silahları sənədlərdə göstərməyən və gizlədən ölkələr sırasında qeyd olunub. 2007-ci ilin yayında rəsmi İrəvanın müxtəlif ölkələrdən gizli şəkildə silah və hərbi texnika alması ilə bağlı bir neçə fakt çıxdı. 2007-ci ilin iyulunda Türkiyənin ərazi sularında Ermənistan Müdafiə Nazirliyinin Albaniyanın “Meiko” firmasından aldığı 60 konteyner qanunsuz silah daşıyan gəmi saxlanılıb. Qaçaqmal silahlar arasında 75 mm-dən 122 mm-ə qədər müxtəlif kalibrli artilleriya qurğuları da olub. Sonradan müəyyənləşdirilib ki, bu silahlar Tirana ətrafındakı silah anbarlarından qeyri-qanuni əldə edilib. Həmin anbarda cari ilin mart ayında güclü partlayış baş verib. Partlayışın Ermənistana silah satışı ilə bağlı fırıldağı ört-basdır etmək məqsədilə qəsdən törədildiyi istisna edilmir. 2007-ci ilin avqustunda Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın maliyyə dəstəyi ilə “Radiotexkomplekt” Qapalı Səhmdar Cəmiyyətindən hərbi təyinatlı rabitə vasitəsi alınaraq qeyri-leqal yolla Ermənistana göndərilib. Elə həmin dövrdə Krasnodar diyarındakı “Qafqaz” dəniz limanında gömrük işçiləri Ermənistan Müdafiə Nazirliyinə məxsus “Faqot” raket kompleksi və BM-21 “Qrad” reaktiv atəş sistemi üçün nəzərdə tutulmuş ehtiyat hissələrin qaçaqmal yolu ilə keçirilməsinin qarşısını alıblar. Bütün bunlar belə deməyə əsas verir ki, Ermənistan beynəlxalq terrorçuluğun silah bazasına, eyni zamanda qeyri-qanuni silah satışının mərkəzinə çevrilib.

(Bu tür haberleri ruhunu şeytana satan sağcı, solcu, ulusalcı veya dinci (!) Türkiye basınında okuyamazsınız. Zira onları 74 adet Siyonist Medya reklam vereni tek masadan yönlendirmektedir)

 

Gürcüstanda 15 günlük fövqəladə vəziyyət elan

olunub

Gürcüstanın paytaxtı Tiflisdə elan olunan fövqəladə vəziyyət 15 gün müddətində bütün ölkə ərazisinə şamil olunub.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, iqtisadi inkişaf naziri Giorgi Arveladze ölkədə informasiya alınması və yayılması, nümayiş və kütləvi tədbirlərin keçirilməsi və tətil hüquqlarının məhdudlaşdırıldığını açıqlayıb:

“İnformasiyaların toplanması və yayılması İctimai Televiziyadan başqa digər elektron və çap media vasitələrinə qadağan olunur”. Artıq “Rustavi-2” telekanalı tamaşaçıları ilə vidalaşaraq iki həftədən sonra onların görüşünə gələcəyini vəd edib. Dünən axşam iki teleşirkətin – “İmedi” və “Kavkasiya”nın yayımı dayandırılıb. Hakimiyyət orqanları bunu həmin televiziyaların efirində zorakılığa və hakimiyyəti devirməyə çağırışların səslənməsi ilə əsaslandırıb. Tiflisin meri Gigi Uqulava bildirib ki, fövqəladə vəziyyət rejiminin ləğvindən sonra telekanalların yayımı bərpa olunacaq. Hazırda yalnız İctimai Televiziya siyasi proqramlar yayımlayır, digər telekanallarda isə bədii filmlər nümayiş olunur. Təhsil naziri Aleksandr Lomaya müxalifətin bir hissəsinin parlamentin sədri Noni Burcanadze ilə danışıqlar apardığını açıqlayıb. Onun sözlərinə görə, dialoqda “müxalifətin sağlam hissəsi” iştirak edir: “Əldə olunan razılaşmalar haqda parlamentin sədri məlumat verəcək”. A. Lomaya 8-9 noyabr tarixlərində şəhər məktəblərində tədrisin dayandırıldığını da bəyan edib. Tiflisdə ictimai nəqliyyatın hərəkəti də müvəqqəti olaraq məhdudlaşdırılıb. Səhiyyə naziri David Tkeşelaşvili 7 noyabrda baş verən hadisələr nəticəsində şəhər xəstəxanalarına 508 nəfərin müraciət etdiyini deyib. Bunlardan 414-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb. Yaralılardan 24-ü polis əməkdaşıdır. Nazir qeyd edib ki, hadisələrdə zərər çəkən bütün şəxslərin müalicəsini dövlət öz üzərinə götürüb.  

Dünyanın En Gözel Geçici Bayrağı

Oğuz Türk/ Azer News/ Her kese ve her millete özünün yiyelendiği her şeyi en gözel olduğu kimin bize de bu bayraq bizim bayrağımız olduğuna göre dünyanın en gözeli dekik. Geçici dediğimizde Güney Azerbaycan milli hereketinin bağımsızlığa ve istiqlala varanacan bayrağımız bu olsun diye düşünkük.

Güney Azerbaycan öz bağımsızlığını elde edenden sonra ve bütün Azerbaycanın yaranışında, bizi ikiye bölen Arazın simgesi olan çizgi de qaldırılırken ebedi ve milli bayrağımıza qavuşmuş oluruq. Helelik bu geçici bayrağa baxan derin düşünenler onda bütün Azerbaycanı görebilerler. Ne yazıq ki onda bizi zülmülen ayıran, bizi ikiye bölen sınırı da görebilirik. Bu bayraq her kesin veya her qurubun sıradan sunduğu bayrağa benzemez. Onda telesiklikle milli bayrağımızın boyalarıyla veya kesişleriyle oynanılmamış. Bu bayraqda bütün Azerbaycanın doğru ve gerçek indiki durumu görünür. Bu bayraqda bir milleti ikiye bölen Araz çayının acı gerçeğı milli bayrağımızı deyiştiren yalniz simge olmuştur. Bu bayraq ap açıq gerçeğı ortaya qoyarken ebedi ve milli bayrağımızı zedelememiştir. Demek bir veteni ikiye bölündüyünü göstererken sayqısızlıkda bulunmamıştır. Yaxın geçmişte başqa sunulan ve hatta Güney Azerbaycanın milli bayrağı diye yerleştirilmeye çalışılan bayraqlarda bütün Azerbaycan bayrağına sayqısızlıkların olduğuna tanıq olmuşuq. Yazıqlar olsun ki özel ve kişisel seçeneklerden yola çıxan ve yerinin boş olmamasını güden kimseler ve quruplar ebedi ve milli bayrağımızı öz oyunlarına getirmişler. İndi cure be cure Güney Azerbaycan bayrağı ortalarda milli bayraq adlanırken Güney Azerbaycan İstiqlal Partiyasının bayrağı en düzgün en üyqün ve bizi simgeleyen en gerçekçi bayraq görünmektedir. Sayqılarımla

Lefkoşadan İstanbula uçan sərnişin təyyarəsini qaçıran şəxslər polisə təslim olub

Bu gün səhər Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşadan İstanbula uçan sərnişin təyyarəsini qaçıran şəxslər təslim olub. APA-nın Türkiyə bürosunun xəbərinə görə,

yaşlı sərnişinlər və uşaqlar sərbəst buraxıldıqdan, digər sərnişinlərin böyük hissəsi isə arxa qapıdan qaçdıqdan sonra təyyarədə son olaraq 2 ekipaj üzvü və 3 sərnişin qalıb.
Aparılan danışıqlara baxmayaraq, onları buraxmayan terrorçulara qarşı əməliyyat keçirilməsi qərarlaşdırılıb.

Bu məqsədlə Əmniyyət Müdirliyində yaradılan 20 nəfərlik xüsusi təyinatlı dəstə Ankaradan 2 vertolyotla Antalya hava limanına göndərilib. Ancaq əməliyyat keçirməyə ehtiyac qalmayıb. Belə ki, terrorçular müqavimət göstərmədən təslim olublar. Bu şəxslərin Şimali Kiprin Qazimağusa şəhərindəki Şərqi Ağdəniz Universitetində təhsil alan türk Mehmet Rəşad Özlü və fələstinli Məhəmməd Əziz olduğu müəyyənləşib. Onlar ABŞ-ın siyasətinə etiraz etmək üçün bu yola əl atıblar.
Qeyd edək ki, bu gün səhər Türkiyə vaxtı ilə saat 07.15-də Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşadan İstanbula uçan sərnişin təyyarəsi qaçırılıb. Təyyarə havaya qalxdıqdan sonra 2 şəxs pilot kabinəsinə yaxınlaşaraq Tehrana istiqamət götürülməsini tələb edib. Pilotlar Tehrana uçmaq üçün yanacağın çatmayacağını söylədikdən sonra həmin şəxslər yanacaq doldurmaq üçün Antalya hava limanına enməyə razılaşıblar

Çini "fəth" edirik. Urumçuda özlərinin məhəlləsini yaradan azərbaycanlılar Pekini qayğılandırıb

Çinin şimal-qərbindəki qədim türk məkanı olan Sinzyan-Uyğur Muxtariyyətinə yolu düşən qərblilər burada türkcə danışığı eşidəndə təəccüblənir. Çində əsrlərdən bəri ifrat şovinist, Pekində dəyişən hakimiyyətlərin "xan" adlandırdıqları çinlilərin dominant rolunun təminatına yönəlmiş siyasəti nəticəsində ölkədəki istisnasız olaraq bütün milli, dini və etnik azlıqlar ciddi təzyiqlər altında yaşayıblar.
Həmin həyat indi də davam edir.
Uyğurustanın adını dəyişərək "Sinzyan", yəni "Qərbi" qoyan rəsmi Pekin onillərdən bəri buradakı türkləri assimilyasiya etməyə çalışır, vilayətin əzəli sakinləri uyğurlara qarış ayrı-seçkilik siyasəti tətbiq edir, demoqrafik situasiyanı süni şəkildə dəyişmək üçün sözügedən məkana davamlı olaraq Çinin iç bölgələrindən çinliləri köçürür. Fəqət, bütün bunlara rəğmən Uyğurustanın bütün şəhərlərində türk dili, mədəniyyət və yaşamı var.
Sinzyan-Uyğur Muxtariyyətinin paytaxtı Urumçu şəhərində isə artıq əlahiddə azərbaycanlı məhəlləsi yaranmaqdadı.
Sovet İttifaqı dağılandan sonra Çinə axışan "bavul tacir"ləri selində minlərlə azərbaycanlı vardı. Bakı-Urumçu-Bakı marşrutu ilə fasiləsiz hərəkətdə olan soydaşlarımız son 16 il ərzində burada dayanıqlı əlaqələr qurmaq, biznes-müqabillər tapmaq və işgüzar əlaqələr qurmaqla bahəm, şəhərdə daşınmaz əmlak sahibi də olublar.
İndi şəhərin ən qədim bazarı "Erdasyao"nun ətrafındakı elitar məhəllərlərdə "xan" multimilyonçuların təmtəraqlı villaları və malikanələri, milyonlarla dollar dəyərində ofisləriylə yanaşı,

Əbülfəz Elçibəyin 70 yaşı tamam oldu
PREZİDENTİN MƏZARI QARŞISINDA ANIM MƏRASİMİ KEÇİRİLDİ
Dünən Əbülfəz Elçibəyin anadan olmasının 70-ci ildönümü münasibətilə mərhumun məzarı qarşısında anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə iştirak edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azadlıq Partiyasının sədri Əhməd Oruc, ABŞ Şərqi Avropada Demokratiya İnstitutunun direktoru İrena Lasota və digərləri Ə. Elçibəyin həyat yolu və fəaliyyətindən danışıblar. Natiqlər Elçibəy ideyalarının Azərbaycanın bütövlüyünə və dövlətçiliyinə xidmət etdiyini bildiriblər. Mərhum eks-prezidentin məzarını ziyarətə gəlmiş "Azadlıq" blokunun rəhbərləri - AXCP sədri Əli Kərimli, VİP sədri Əli Əliyev və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə mərasimə qatılmayıblar. Onlar məzarın qarşısına əklil qoyduqdan sonra Fəxri Xiyabanı tərk ediblər. Ankarada isə Əbülfəz Elçibəyin anadan olmasının 70 illik yubileyi ilə əlaqədar "Doğumunun 70-ci ilində Əbülfəz Elçibəy" adlı konfrans keçiriləcək. Konfransın təşkilatçısı olan Türk Ocaqları Birliyindən APA-ya verilən məlumata görə, mərasimdə Ə.Elçibəyin həyatdan bəhs edən məruzələr dinləniləcək, onun siyasi fəaliyyəti barədə çıxışlar olacaq. Anım mərasiminə Türkiyənin hökumət, dövlət və ictimai-siyasi təşkilatlarının nümayəndələri də qatılacaq.
Qeyd edək ki, dünən Əbülfəz Elçibəyin 70 yaşı tamam olub.

Soyqırımı iddiasını çürüdən bir sənəd də Moskvada tapıldı
Sənəddə: “Ermənilərin göstərdiyi ölənlərin sayı düzgün deyil”.
Moskvadakı Rusiya Hərb Tarixi Dövlət Arxivində araşdırma aparan İstanbul Universitetinin əməkdaşı Mehmet Perincek Çar Rusiyasının generalı Olxo Vitinovun 11 dekabr 1915-ci ildə mərkəzi qərargaha göndərdiyi 65 səhifəlik raportunu tapıb. Rus general həmin raportda: “Erməni birlikləri irqçi duyğularla müsəlman xalqa qarşı vəhşi qırğınlara başladı” yazır.
I Dünya müharibəsi zamanı Qafqaz cəbhəsində olan general Leonid Olxo Vitinovun bu məktubu erməni soyqırımı iddiasını ifşa edən çox önəmli bir sənəddir və bu sənəd ermənilərin hələ XIX əsrin sonlarından başlayaraq nə qədər məkrli siyasət yürütdüklərini, Osmanlı dövlətinə və müsəlmanlara qarşı düşmənçilik münasibəti bəslədiklərini, qırğınlar törətdiklərini ortaya qoyur. “Hürriyyət” qəzetinin xəbərinə görə, Mehmet Perincek 11 dekabr 1915-ci ildə Rusiya mərkəzi qərargahına göndərilən 65 səhifəlik sənədin: “Gerçək vəziyyət: düzəliş” adlandırıldığını yazır. Onu da xatırladaq ki, daşnak partiyasının “Qafqaz cəbhəsində könüllü erməni dəstələrinin fəaliyyəti” başlıqlı bir məktubunun rus çarına çatdırılmasından iki ay sonra yazılan bu raportun hələ əvvəlində ermənilərin məktubundakı məlumatların “siyasi xarakter” daşıdığı bildirilir, real vəziyyətin o məktubda deyildiyindən fərqli olduğu söylənilir və bölgədəki əsl vəziyyət xarakterizə edilir. Bölgədə baş verən hadisələrə “erməni problemi kimi adlandırılan məsələ” ifadəsini uyğun görən rus generalı Osmanlı dövləti içərisində sevilməyən ünsür hala gəlmələrində ermənilərin özünü günahkar hesab edir. Sənəddə: “Ermənilərin göstərdiyi ölənlərin sayı düzgün deyil. Daşnak partiyası hazırladığı sənədlərdə öldürülənlərin sayını davamlı şəkildə şişirdir və onların bu işinin siyasi məqsəd daşıdığı da kimsədə şübhə doğurmur. Bu qırğınların səbəbkarı da, qırğını təşkil edənlər də ermənilərinin özüdür” sözləri yer alır.
İngiltərə körüklədi
Osmanlı dövlətində baş verən 1915-ci il hadisələrindən hələ xeyli əvvəl 1890-cı illərdə xarici güclər tərəfindən ermənilərin yerli hökumətə qarşı körükləndiyini yazan Bolxovitinov: “Xüsusilə də İngiltərə Osmanlı dövləti ilə çar Rusiyası arasında ittifaq qurulmaması, Orta Şərqdə yeni güc mərkəzinin meydana çıxmaması üçün ölkənin cənubundakı erməniləri ayağa qaldıraraq qarışıqlıq salmışlar. Buna qədər türklər, ermənilər və kürdlər ölkədə əmin-amanlıq içində yaşayırdılar. Hətta bölgədəki ermənilərin həyat şəraiti kürdlərdən və türklərdən xeyli yaxşı idi” yazır. General sözünə belə davam edir: “Rusiya Osmanlı dövləti içindəki erməni məsələsini ilkin mərhələdə kənardan izləməklə kifayətlənmişdir. Ancaq əvvəlcə Almaniyanın, 3 ay sonra isə Osmanlı dövlətinin Rusiyaya müharibə elan etməsi ilə imperatorumuzun Osmanlıya münasibəti dəyişdi. Məhz bundan sonra erməni dəstələrindən yerli xalqa qarşı istifadə qərarı qəbul edildi. Onsuz da artıq bu illərdə getdikcə zəifləyən Osmanlı dövləti Rusiya üçün potensial müttəfiq olmaq şansını itirmişdi”.
Raportdan bəzi çıxarışlar
Cəbhədəki rus ordusunun vəziyyətini yoxlayan çar Rusiyasının generalı Bolxovitinov 1915-ci il tarixli sənəddə qərargaha göndərdiyi bəzi təsbitlər belədir:
Ermənilərdən istifadə etdilər. “Ermənilərə “müstəqil Ermənistan” fikrini təlqin edən, bu işdə onlara vədlər verən və onları Osmanlı üzərinə qaldıran Avropa diplomatiyasıdır. Bu fikrin yayılmasında xüsusilə erməni diasporundan geniş istifadə edilmiş və onların vasitəsilə Osmanlı dövlətində yaşayan ermənilər üsyana təhrik edilmişdir.
Fəda edildilər. Erməni liderləri xülya olan “müstəqil Ermənistan” ideyasına uyaraq erməni xalqını Avropa diplomatiyası üçün fəda etmişlər. Erməni silahlı dəstələri üsyana qalxaraq erməniləri hökumətə qarşı hərəkətə təşviq edir və yerli müsəlman xalqlara qarşı hər cür təcavüzü, qırğını körükləmişdir.
Hər kəsə qarşı terror. Erməni təşkilatları öz məqsədlərinə çatmaq üçün terror yolunu seçmişlər. Onlar terroru başqa millətlərə qarşı deyil, öz fikirlərinin əleyhinə çıxan ermənilərə də qarşı həyata keçirmişlər. Erməni könüllü dəstələri Rusiya dövləti ilə uzunmüddətli münasibətlərin əleyhinədir. Rusiyada terror həyata keçirən daşnakların 1914-cü ildə verilən əfvdən faydalanaraq həbsdən azad edilmələri xəta olmuşdur.
Amansız qırğınlar. Müharibə zamanı ələ keçirilən bölgələrdə erməni silahlı dəstələri irqçi duyğularla müsəlman xalqa qarşı amansız qırğınlar keçirmiş, cinsinə, yaşına baxmadan insanları məhv etmiş, kütləvi şəkildə qırmış, kəndləri yandırmış, var-dövləti talamışlar. Ermənilər çox amansız davranırlar. Talançı erməni dəstələri bəzən müttəfiq hesab etdikləri rus ordularına qarşı da silah qaldırmışlar. Ona görə də bəzən ruslar ermənilərə qarşı müəyyən tədbirlər görməli olurlar.
Dəhşət dəstələri
Rus general Leonid Bolxovitinovun raportuna görə, I Dünya müharibəsinə Rusiya tərəfindən qatılan könüllü erməni silahlı dəstələri Anadolu torpaqlarında yerli xalqa qarşı dəhşətli qırğınlar törətmişlər. “Kazar” və “Səpuh” adlı silahlı dəstələr ruslar tərəfindən belə nəzarət altına alına bilmirdi.
Düşmənin qələmindən
Bu günə qədər rus arxivinin tozlu rəflərində qalan, ancaq tarixi əhəmiyyət daşıyan bu sənədin o dövrdə Osmanlı ilə düşmən olan bir ölkənin yüksək rütbəli zabiti tərəfindən hazırlanması xüsusi önəm kəsb edir. Sənədi hazırlayan rus generalı Bolxovitinov Osmanlı imperatorluğunun Almaniya və Avstriya-Macarıstanla birlikdə İngiltərə, Fransa və Rusiyaya qarşı savaşdığı 1914-18-ci illər arasında Qafqaz cəbhəsində xidmət etmişdir. Yəni Bolxovitinov gördüklərini diplomatik üslubda deyil, bu sənədi məsələyə siyasət qarışdırmadan gördüyü, anladığı kimi qələmə aldığı düşünülür. Uydurma erməni soyqırımı məsələsində ən böyük problem bu cür tarixi sənədlərin azlığıdır. Bir həqiqət də məlum olur ki, bu gün erməni soyqırımını dəstəkləyən dövlətlər o dövrdə Osmanlıya düşmən olmuşlar və erməniləri də üsyana qaldırmışlar.
Çara sədaqət andı
Mehmet Perincekin əldə etdiyi tarixi fotoda erməni könüllü dəstələri rus çarına sədaqət andı içirlər. Bolxovitinov Qafqaz cəbhəsində Osmanlı ilə savaşarkən hazırladığı sənəddə: “Almaniyadan sonra Osmanlı dövləti də Rusiyaya müharibə elan etməsəydi, çətin idarə olunan erməni dəstələrindən Qafqaz cəbhəsində istifadə etmək fikrinə düşməzdik. Erməni silahlıları savaşdan sonra süngülərini çox asanlıqla bizə qarşı da çevirə bilərlər” yazır.
Şuşanın işğalının 16-cı ildönümü anıldı
NİZAMİ BƏHMƏNOV: "ŞUŞA SİYASİ ÇƏKİŞMƏLƏRİN QURBANI OLUB"
Şuşanın Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 16-cı ildönümü ilə bağlı Şəhidlər Xiyabanında Şuşa Şəhər İcra Hakimiyyəti, Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan İslam Partiyası və "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin iştirakı ilə anım mərasimi keçirilib. APA-nın məlumatına görə, şəhidlərin məzarı ziyarət olunub, Əbədi Məşəl Kompleksinin önünə əklil qoyulub. Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri Nizami Bəhmənov Şuşanın siyasi çəkişmələrin qurbanı olduğunu deyib. O bildirib ki, Şuşanın müdafiəsi zamanı 480 nəfər şəhid olub, 1860 adam isə yaralanıb: "Biz Şuşaya heç kimin vasitəçiliyi ilə deyil, Azərbaycan ordusunun hərbi əməliyyatlarından sonra birdəfəlik qayıdacağıq".  Qeyd edək ki, 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri qədim Azərbaycan şəhəri olan Şuşanı işğal edib. İşğal zamanı 480-dən artıq mülki şəxs qətlə yetirilib, 2000-ə yaxın adam yaralanıb, 22 mindən artıq şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara məxsus 279 tarixi abidə, 44 məktəb və digər mədəni abidələr isə dağıdılıb.

“Danışıqların kəsilməsi ilə bağlı bəyanat verməklə Azərbaycanı qorxutmaq olmaz”

Xarici işlər naziri Vardan Oskanyanın Dağlıq Qarabağ problemi

Xarici işlər naziri Vardan Oskanyanın Dağlıq Qarabağ probleminin aradan qaldırılması ilə bağlı aparılan danışıqlardan Ermənistanın çıxa biləcəyi barədə bir-birinin ardınca verdiyi bəyanatlar Azərbaycanda Yerevanın növbəti dəfə ölkəmizə qarşı şantaja əl atması kimi dəyərləndirilir.

Ermənistanda siyasi vəziyyətin yenidən gərginləşməyə başlaması Yerevanı növbəti dəfə diqqəti bundan yayındırmaq üçün Dağlıq Qarabağ kartına əl atmağa məcbur edib. Xarici işlər naziri Vardan Oskanyan Yerevanda bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət belə davam edəcəyi halda, Ermənistan problemin aradan qaldırılması ilə bağlı aparılan danışıqlardan çıxacaq. Oskanyanın bu açıqlamasına Azərbaycandan sərt reaksiya gəlib. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların dayandırıla biləcəyi barədə Oskanyanın dediklərini şantaj adlandırıb. O, APA-ya verdiyi müsahibəsində: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların kəsilməsi barədə bəyanatlar verməklə Azərbaycanı qorxuda bilməzlər”, - deyib. Onun sözlərinə görə, bu cür bəyanatlar münaqişənin həllini daha da çətinləşdirir və vəziyyəti gərginləşdirir.

Eldar Sabiroğlu  təəssüflə qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” BMT Baş Assambleyasının qəbul etdiyi ədalətli qətnaməni şübhə altına almaqla münaqişənin həllini bir qədər də mürəkkəbləşdiriblər.  O: “Həmsədrlər tərəf olduqlarını açıqca meydana qoymaqla təcavüzkarı, necə deyərlər, müdafiə etdilər. BMT Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, münaqişənin həlli yollarının Minsk Qrupunun həmsədr ölkələri vasitəsi ilə çözülməsi barədə qətnamə qəbul edib. Burada pis nə var ki? Əslində bu, hər iki tərəfin, eyni zamanda bütün bəşəriyyətin maraqlarına cavab verir. Məhz bu yol müharibənin yenidən başlanmasının qarşısını almaq üçün ən təsirli və ən ədalətli yoldur. BMT-nin sülhsevər qətnaməsinin mahiyyəti də bundan ibarətdir. Əvəzində isə Minsk Qrupu həmsədri olan ölkələr adıçəkilən qətnaməni kənara qoydular və daha təhlükəli yolu seçdilər. Onlar dünyanın bir hissəsində müharibə ocağını söndürmək əvəzinə, müharibə ocağının üzərinə su yox, benzin tökdülər. Həmsədr ölkələrə sərf edən zaman BMT-nin sanksiyaları və qətnamələri kara gəlir, təsirli olur, amma Azərbaycanla bağlı məlum qətnamə əhəmiyyətsiz sayılır? Onların ədalət dedikləri budurmu? İkili standartın nə olduğu həmsədr ölkələrin simasında göründü. Amma bizi danışıqların kəsilməsi barədə bəyanatlarla qorxuda bilməzlər”.

E. Sabiroğlu bir daha bildirib ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq və nəyin gücünə olsa da, öz ərazi bütövlüyünü bərpa edəcək. O xatırladıb ki, Azərbaycanın günü-gündən güclənməsü, dövlətlə xalqın yekdil olması, öz ordusunun qüdrətini müntəzəm olaraq artırması taleyüklü məsələ olan ərazilərimizi  istənilən vasitə ilə azad etməyə imkan verir.

"Avropa Şurası ilə Azərbaycan arasında heç bir problem yaşanmayacaq"

MÜSAHİBİMİZ AZƏRBAYCANIN AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDAKI (AŞPA) NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVÜ RƏFAEL HÜSEYNOVDUR
- Rəfael müəllim, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bir xeyli müddət öncə belə bir bəyanat səsləndirib ki, Azərbaycanda siyasi məhbus problemilə bağlı sözügedən qurumun məruzəçisinin təyin olunması üçün imzalar toplayır.

Siz sözügedən qurumda təmsil olunan bir millət vəkili kimi həmməruzəçinin bu bəyanatını necə şərh edərdiniz?
   
- Siyasi məhbus məsələsi bizim üçün bitmiş bir məsələdir. Odur ki, siyasi məhbus məsələsi ilə bağlı yeni məruzəçi də olmayacaq. Düzdür, vaxtilə düzgün olmayan qərar nəticəsində Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin olunmuşdu, amma bununla belə, o məsələ də həll olundu, bitdi-qurtardı. Avropa İnsan Haqları Məhkəməsi var, Azərbaycan 2001-ci ildən həmin qurumun üzvüdür. Ona görə kimin nə problemi varsa, bundan sonra həmin məhkəməyə müraciət edə bilər. Bir daha qeyd edirəm ki, yenidən siyasi məhbus məsələsi üzrə məruzəçinin təyin olunması barədə deyilənlər xülyadır, əsası olmayan söhbətlərdir...
   - Sözlərinizdən belə başa düşmək olur ki, Andres Herkelin siyasi məhbus məsələsi ilə bağlı məruzəçinin təyin olunması barədə dedikləri reallığa çevrilməyəcək...
   
- Bilirsiniz, Herkel sağlam düşünməyən və Azərbaycana qarşı bədxah münasibəti olan bir adamdır. Odur ki, bu adamla bağlı geniş danışmağa ehtiyac duymuram. Hər halda, belə hesab edirəm və inanıram ki, siyasi məhbus məsələsi üzrə yeni məruzəçi təyin olunmayacaq. Bir də onu qeyd edim ki, dekabr ayının sonlarında humanizm prisiplərini rəhbər tutan və daimi prinsiplərə sadiq olan dövlət başçısı İlham Əliyev tərəfindən növbəti əfv fərmanı imzalandı. Bu əfv fərmanından sonra siyasi məhbus və məruzəçi məsələsini gündəmə gətirmək özü gülünc bir addım, hərəkət olardı.
   - Yeri gəlmişkən, bir müddət öncə AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərindən biri - britaniyalı parlamentari Toni Lloydun yerinə bolqarıstanlı deputat Yevgeniya Jivkova təyin edilib. Bu şəxs həmməruzəçi kimi hələ geniş fəaliyyətə başlamasa da, Azərbaycan müxalifəti və müxalif mətbu orqanlar Yevgeniya Jivkovanı Azərbaycan "iqtidarının adamı" kimi qələmə verirlər. Siz bu haqda nə deyərdiniz?
   
- Bunlar da tamamilə əsassız fikirlərdir. Xanım Jivkova hələ düz-əməlli fəaliyyətə başlamayıb, hələ bir söz deməyib, hələ bir hansısa təhlil aparmayıb. Odur ki, iş görməyən, ortalığa fəaliyyət qoymayan bir insan haqqında fikir söyləmək düzgün deyil. Əgər bir insan hansısa bir təhqiqatlar aparsaydı, hansısa bir məruzə aparsaydı, həmin məruzədə kimlərisə təmin etməyən məqamlar olsaydı, o zaman onun haqqında nəsə demək olardı. Bir sözlə, görülməyən iş barədə irəlicədən qərar verməyin özündə sağlam olmayan cəhət var.
   - Ümumiyyətlə, bu şəxsin təyinatı Azərbaycan üçün nə vəd edir?
   
- Güman edirəm ki, deputat Jivkovanın bir həmməruzəçi kimi Azərbaycana qarşı mövqeyi müsbət olacaq. Hər halda, mən bir daha Toni Lloydun həmməruzəçilikdən getməsini Azərbaycan üçün itki hesab edirəm. Çünki Toni Lloyd Avropa Şurasında ən mötəbər deputatlardan sayılırdı. Bizim şəxsi münasibətlərimiz də var idi. Və onun çox obyektiv, hadisələrin mahiyyətinə enməyi bacaran, ağıllı qərarlar qəbul etmək gücünə malik bir insan olması bizi sevindirirdi. Ayrı-ayrı qərəzli mövqeli məruzəçiləri görəndən sonra Toni Lloyd kimi balanslaşdırılmış siyasət aparan, həmişə sağa-sola sapınmamağa çalışan, vahid mövqe nümayiş etdirən bir insanın məruzəçilikdən getməsi bizi, əlbəttə ki, təəssüfləndirir. Lakin, güman edirəm ki, xanım Jivkova da sağlam bir xətt aparacaq. Hər halda, məndə buna bir daxili əminlik var. Çünki Bolqarıstanın AŞ PA-dakı nümayəndə heyətinin tərkibində Azərbaycanın mövqeyini qiymətləndirən, Azərbaycanın Avropa Şurasında fəaliyyət göstərdiyi illərdə inkişafını diqqətlə izləyən çoxlu sayda deputat həmkarlarımız var. Onlar Jivkova ilə həmkardırlar, yəqin ki, bu yöndə fikir də bölüşüblər. Digər tərəfdən, xanım Jivkova elə bir ölkədəndir ki, Azərbaycanın içərisindən çıxdığı məkanın problemlərinə də yaxşı bələddir və düşünürəm ki, məruzəçi olaraq, bu da onun daha düzgün siyasət aparması üçün əsas yaradacaq. Hər halda, biz Yevgeniya Jivkovanın məruzəçi olaraq Azərbaycanla bağlı obyektiv mövqe tutacağına ümid bəsləyirik. Biz bir dövlət olaraq, Azərbaycan-Avropa Şurası münasibətlərinin, Azərbaycan-Avropa Şurası əməkdaşlığının inkişafının tərəfdarı olmuşuq və daim də bu mövqedə olacağıq. Hesab edirik ki, xanım Jivkovanın da fəaliyyəti bu mötəbər qurumla Azərbaycan arasında əlaqələrin, münasibətlərin inkişafına öz müsbət payını verəcək.
   - Məqamı düşmüşkən, AŞ PA-nın növbəti yanvar sessiyasında sözügedən qurumla Azərbaycan arasında kəskin ziddiyyətlər yaranmayacaq, yaşanmayacaq ki?
   
- Dəfələrlə dediyimiz bir fikri təkrar olaraq bildirmək istəyirəm ki, Avropa Şurası ilə Azərbaycan arasında heç bir ziddiyyət ola bilməz. Əksinə, Avropa Şurası ilə Azərbaycan arasında çox səmərəli bir əməkdaşlıq mövcuddur. Azərbaycanla Avropa Şurası yüksələn bir xətt üzrə işbirliyi qurub və düşünürəm ki, Azərbaycan nümayəndə heyətinin üzvləri də sözügedən qurumun ayrı-ayrı strukturlarında çox aparıcı mövqelər tuturlar, Azərbaycan Avropa Şurasında artıq sözü keçən bir ölkədir, rəyinə hörmət bəslənilən bir dövlətdir. Bizim deputatların oradakı fəaliyyətləri Avropa Şurasının rəhbərliyi tərəfindən də, deputatlar tərəfindən də çox yüksək qiymətləndirilib. Odur ki, biz yalnız inkişafın gələcəkdə daha yüksək bir həddə çatmasından söhbət aça bilərik, hansısa zidiyyətlərin yaranmasından yox.
   - Rəfael müəllim, sizin tərəfinizdən AŞ PA-nın hər sessiyasında müxtəlif sənədlər hazırlanır, paylanılır. Bu dəfə də belə olacaqmı?
   
- Mütləq, bu dəfə də belə olacaq. Çünki bu sənəd məsələsinin mənası çox böyükdür. Doğrudur, biz Avropa Şurasının ayrı-ayrı partiya qruplarında, komitələrdə, eləcə də toplantılarda çıxışlar edirik, AŞ PA-nın sessiyalarında, açıq iclaslarda olan çıxışlar stenoqrama düşür, orada öz əksini tapır, qalır, amma digər çıxışlar uçur-gedir, onu sadəcə konkret deputatlar eşitmək imkanına malik olurlar. Odur ki, hazırlanan, paylanılan sənədlərin mənası çox böyükdür. Onlar kütləvi şəkildə nəşr olunur, tarixin vəsiqəsinə, sənədinə çevrilirlər. Bizim də hazırladığımız, təqdim etdiyimiz və sayı 60-a çatan sənədlər ki var, onlar Azərbaycanın ən müxtəlif problemlərini əks etdirir. Onların altında da 400-ə yaxın Avropa deputatının imzası var. Bu o deməkdir ki, faktiki olaraq Avropa Şurasının deputatlarının yüzdən doxsan faizi bu məsələlərdə bizimlə həmfikirdirlər. Özü də həmin sənədlər sonradan Azərbaycanla bağlı, ölkəmizin ortaya qoyduğu problemlərlə bağlı müsbət mənalı qərarların, qətnamələrin qəbul edilməsinə yol açır. Odur ki, bu yöndə işlər yenə də davam etdiriləcək, yenə də yeni sənədlər hazırlanacaq, paylanacaq və qəbul olunacaq. Onu qeyd edim ki, növbəti sessiyaya təqdim edəcəyimiz sənədlərin içərisində Avropa maraqlarını, Avropadakı demokratik inkişafı hədəf götürən sənədlər də olacaq. Çünki Azrəbaycan orada yalnız sırf milli problemlərlə məşğul deyil, Azərbaycan tərəfi Avropa Şurasının, bütövlükdə Avropanın inkişafını da nəzərdə tutan sənədlər hazırlayır. Amma bizim üçün ən vacib olan məsələ Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi məsələsidir. Bunu da heç vaxt gündəlikdən çıxarmaq olmaz. Yəni, bu sessiyada Nazirlər Komitəsinə də yönələn suallar olacaq, ayrı-ayrı sənədlər də hazırlanacaq ki, bu problem növbəti dəfə AŞ PA-da gündəmə gəlsin, qabarsın. Eyni zamanda, hansısa sənədin də dərhal nəticəsi yoxdursa, bu o demək deyil ki, bu sənəd işləmir və yaxud işləməyəcək. Hətta, dərhal nəticəsi olmayan sənədin də müəyyən mənada nəticəsi var. Çünki, birincisi, problemi gündəmdə saxlayır, ikincisi də, ola bilsin hansısa mənfi təmayülün irəliləməsinin qarşısını alır və daha ciddi fəsadların törənməsinə mane olur.

Kamil HƏMZƏOĞLU

Hakkı DEDELER: Daşqın Gülməmmədov'a ulaşamıyorum...

Gürcüstan prezidentliyinə azərbaycanlı namizədin seçki qərargahının rəhbəri, GAMA-nın sədri Daşqın Gülməmmədov oğurlanıb

borchalı/ Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının lideri Daşqın Gülməmmədov Gürcüstanda həbs olunub. “Gürcüstanın Azərbaycanlı Jurnalistlər İttifaqı”ndan APA-ya verilən məlumata görə, noyabrın 27-də Gürcüstandan Azərbaycana gələn D. Gülməmmədov “Qırmızı Körpü” sərhədinin Gürcüstan hissəsində gürcü polisləri tərəfindən tutulub. O, gürcü polisləri tərəfindən zorla avtomobilə mindirilib və naməlum əraziyə aparılıb. Onun hazırda harada olduğu məlum deyil. Gürcüstanın Daxili İşlər Nazirliyi D. Gülməmmədovun həbs edilməsini təsdiqləmir. Gürcüstan prezidentliyinə namizəd, Tiflis sakini, biznesmen Fazil Əliyev hadisə ilə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət etsə də, D. Gülməmmədovun harada olması haqda məlumat verilməyib. Qeyd edək ki, D. Gülməmmədov prezidentliyə namizəd F. Əliyevin seçki qərargahının rəhbəridir.

Öte yandan kendisiyle konuştuğumuz, Büyük Turan Partisi Kurucu Genel Başkanı Hakkı DEDELER şunları söyledi: "Değerli Alperenimiz, Türk dünyasının büyük mücahidi Daşqın beyefendi ile son olarak yaptığım telefon görüşmemizde, İzmir'de buluşarak, Güney Azerbaycan'daki, Gürcistan'daki kardeşlerimiz ve Gürcistan'a gidecek olan Ahıskalı kardeşlerimiz konusunda fikir alış verişinde bulunacaktık. Ancak o görüşmeden sonra, değerli Daşqın'dan haber alamadım" dedi.

İlkin nəticələr Saakaşvilinin xeyrinədir, müxalifət isə buna etiraz edir

Rəyi soruşulanların yarıdan çoxu Saakaşviliyə səs verib. Ötən həftənin sonunda Gürcüstanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinə görə, Mixail Saakaşvili səslərin 50 faizindən çoxunu toplayaraq qalib gəlib. Birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladze isə səslərin 25,8 faizini toplayıb.  Rusiyanın stavka etdiyi və dəstəklədiyi biznesmen Badri Patarkatisişvili isə səslərin cəmisi 6,7 faizini əldə edə bilib. Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili 6,15, Yeni Sağlar Partiyasının rəhbəri David Qamkrelidze 3,5 faiz səs toplayıb. Digər namizədlər, o cümlədən Georgi Maisişvili (Gələcəyin Partiyası) və İrina Sarişvili-Çanturiya (“İmedi” Partiyası) isə səslərin 1 faizindən də azını toplayıblar. Xatırladaq ki, Gürcüstan qanunvericiliyinə görə, seçkilərdə qələbə çalmaq üçün namizədlərdən hər hansı birinin səslərin 50+1-ni toplaması kifayətdir. Ölkədə keçirilən “exit-poll”un nəticələri də Saakaşvilinin xeyrinə olub. Belə ki, rəyi soruşulanların yarıdan çoxu Saakaşviliyə səs verib.
Qeyd edək ki, səsvermə həm də Gürcüstanda növbədənkənar parlament seçkilərinin təşkili və Gürcüstanın NATO-ya üzvlüyü ilə əlaqədar keçirilib. Burada rəyi soruşulanların böyük əksəriyyəti ölkədə növbəti parlament seçkilərinin bu ilin yazında keçirilməsinə və Gürcüstanın NATO-ya üzv qəbul edilməsinin lehinə səs veriblər. Beləliklə Gürcüstanda keçirilən seçkilərin ilkin nəticələri Qərbin istəyinə tam cavab verib.
Bu arada isə müxalifət seçkilərin nəticələrindən narazı qaldığını bildirib. Birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladze iddia edib ki, səsvermə zamanı Saakaşvili tərəfdarları saxtakarlığa əl atıblar. Onun sözlərinə görə, xüsusilə, Marneuli və Axalkalakidə səsvermə zamanı kobud qanun pozuntularına yol verilib. Bununla əlaqədar 5 min nəfərə yaxın müxalifət tərəfdarı Tbilisidə mitinq keçirərək, seçkilərin ikinci turunun keçirilməsini tələb ediblər. Onlar iddia ediblər ki, Saakaşvili prezident seçilmək üçün lazım olan səsi toplaya bilməyib. Bununla belə, Mərkəzi Seçki Komissiyası seçkilər zamanı ciddi qanun pozuntularının qeydə alınmadığını bildirərək, mitinqçilərin bu iddialarını rədd edib.
Bu arada isə seçkiləri müşahidə edən beynəlxalq müşahidəçilər seçkilərin olduqca demokratik keçirildiyini bəyan ediblər. Seçkiləri müşahidə edən ABŞ Beynəlxalq Respublikaçılar İnstitutu (buraya Çexiya, Polşa, Ukrayna, Norveç də daxil olmaqla, 26 ölkənin müşahidəçisi daxildir) müşahidəçiləri nümayəndə heyətinin rəhbəri, konqresmen Cim Kolbi seçkilərin demokratik keçirildiyini və ciddi qanun pozuntularına yol verilmədiyini söyləyib. ATƏT müşahidəçiləri də Gürcüstanda keçirilən növbədənkənar prezident seçkilərini demokratiyaya doğru iri bir addım adlandırıblar. Lakin Moskva seçkilərdə qanun pozuntularının olduğunu iddia edib. Siyasi müşahidəçilərin əksəriyyəti isə seçkilərin nəticələrini Qərbin Gürcüstanda Rusiya üzərində növbəti qələbəsi adlandırıb. Belə bir fikir vurğulanıb ki, Ukraynada keçirilən növbədənkənar parlament seçkilərində olduğu kimi, Gürcüstanda da Rusiya Qərbdən növbəti zərbə alıb. Üstəlik, Rusiya Gürcüstanda növbədənkənar prezident seçkilərininin keçirilməsinə nail olmaqla bu ölkənin NATO ilə inteqrasiyasına təkan verən daha bir addım atılmasına rəvac verərək, özünün bölgədəki nüfuzuna daha bir zərbə vurub.
Rəşad Asif

Rusiya Ermənistanı barıt anbarına çevirib
Rusiya Gürcüstandakı hərbi bazalarından çıxardığı hərbi texnika və sursatını öz ərazisinə aparmaq əvəzinə, onu Ermənistana daşıyıb.

Cənubi Qafqazda hər vasitə ilə təsirini qoruyub saxlamağa çalışan Rusiya Gürcüstandakı hərbi bazalarından çıxardığı külli miqdarda texnikanı və döyüş sursatını Ermənistanda yerləşdirərək, bu ölkəni sözün əsl mənasında hər an partlamağa hazır olan barıt anbarına çevirib. Rusiya müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana səfəri ərəfəsində Bakıda böyük əks-səda doğuran dəhşətli faktlar ortaya çıxıb. APA-nın verdiyi məlumata görə, Rusiya Gürcüstandakı hərbi bazalarından çıxardığı hərbi texnika və sursatını öz ərazisinə aparmaq əvəzinə, onu Ermənistana daşıyıb. Bu hərbi texnikanın böyük hissəsi Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 162 saylı hərbi bazasına köçürülüb. Qalan hərbi texnika və döyüş sursatının isə işğal edilmiş Azərbaycan ərazilərində, o cümlədən Dağlıq Qarabağda yerləşdirildiyi ehtimal edilir.
Azərbaycan müdafiə nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlu hələ ötən həftə bildirmişdi ki, Rusiyanın Gürcüstandan çıxardığı hərbi texnika və döyüş sursatının bir hissəsinin işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirməsi barədə faktlara malikdirlər. O Rusiyanın bu addımlarını Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq və bölgədə yeni müharibə törətmək cəhdi ilə izah etmişdi.
Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Rusiyanın Gürcüstandan çıxardığı hərbi texnikanı Ermənistanda yerləşdirməsinin uzaq gedən məqsədlərə xidmət etdiyini söylədi. Hərbi ekspert gələcəkdə lazım gələcəyi halda Rusiyanın bu hərbi texnikadan və döyüş sursatından birbaşa və ya dolayı vasitələrlə Azərbaycana və Gürcüstana qarşı istifadə edə biləcəyini istisna etmədiyini vurğuladı.
Onu da deyək ki, Ermənistana göndərilən hərbi texnika arasında 9 ədəd “T-72” tankı, 5 ədəd “BTR-60”, 11 ədəd “BTR-70”, 21 “BRDM-2”, 16 “BMP-2”, 7 “BRM-1k”, 3 “BRM-2” və 8 “BMP-1ks” var. Gürcüstandakı hərbi bazadan 102-ci hərbi diviziyaya bir cox artilleriya qurğuları ilə yanaşı “Strela-1M” (3 ədəd), “Strela-2” (40), “Strela-2M” (120), “Strela-10M” (4) zenit-raket kompleksləri, bu komplekslər üçün 98 ədəd “9M35”, 90 dənə “9M37”, 109 dənə “9K31”, 196 dənə “9K32M”, 210 dənə “9M39” raketləri göndərilib. Gürcüstandan Ermənistana göndərilən hərbi texnika, silah-sursat arasında 9 “QRAD” qurğusu, bu qurğu üçün 1240 mərmi, 2 “Uraqan” qurğusu və bunun ücün 572 mərmi də var. Ermənistandakı hərbi bazaya həmçinin 4 ton “PMD-6M”, 11 ton “PMN”, 3 ton “POMZ-2M”, 20 ton “OZM-72”, 7 ton MON-50, 16 ton “TM-62M” və “TM-57” minaları, müxtəlif nov atıcı silahlar üçün 245 ton güllə, 35 ton “F-1”, “RQD-5” və “RQ-42”, 2555 ədəd RKQ-3 əl qumbaraları göndərilib. Ümumilikdə Rusiya Ermənistandakı 102 saylı diviziyaya 170 adda hərbi texnika və müxtəlif avadanlıq, silah-sursat göndərib. Siyahıda əksini tapmış məlumatlar sisteminə bu il noyabrın 15-də Gürcüstanın Batumi şəhərindən Ermənistanda yerləşən 102 saylı hərbi bazaya aparılan texnikanın sayı daxil deyil. Qeyd edək ki, Rusiya Gürcüstandakı hərbi bazalarının ləğvi prosesini rəsmi qaydada bu il noyabrın 15-də başa catdırıb.

Gürcüstan Azərbaycanlıları'nın Milli Assambleyası'nın (GAMA) Prezidenti Daşqın gülməmmədov:

1* "Azərbaycan türkcəsi Gürcüstanda rəsmi dil olsun"

asilkan.org /Büyük Turan Haberleri/

Daşqın Gülməmmədov: "Buna həm irsi, həm siyasi, həm də tarixi haqqımız çatır" "Azərbaycan türkcəsi Gürcüstanda ikinci dövlət dili elan olunmalıdır". Bunu "Olaylar"a açıqlamasında Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının prezidenti Daşqın Gülməmmədov deyib. Onun sözlərinə görə, dil problemini həll etməyin ən doğru yolu budur: "Azərbaycan türkləri Gürcüstanda gürcülərdən sonra sayca ikinci etnosdur və yaşadıqları bölgənin aborigenləridir. Bizim buna həm tarixi, həm irsi, həm də siyasi hüququmuz var. Hesab edirik ki, Azərbaycan türkcəsinin Gürcüstanın ikinci dövlət dili elan olunması bu ölkədə azərbaycanlıların milli diskriminasiyasına son qoyacaq və konstitusion hüquqlarımızın bərpasına kömək edəcək".

2* “Saddreddin Palehgovun öldürülmesinde Saakaşvili'nin eli var”

GAMA'nın Mümtaz Lideri Daşqın gülməmmədov Hakkı DEDELER ile bir telefon görüşmesi yaptı. Bir süre sonra  Türkiye'de bir araya gelecekler.

Gürcsütan azərbaycanlılarının dili lideri Səddrəddin Pələngovun (Molla Qara) müəmmalı qətlindən artıq 2 il ötməkdədir. Lakin Gürcüstanın dövlət rəhbərliyi bu ağır cinayət işini acmağa tələsmir, Bu barədə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Prezidenti Daşqın gülməmmədov bildirib. O qeyd edib ki, Sədrəddin Pələngov öldürülməsində Gürcüstan xüsusi xidmət orqanları iştirak ediblər. Bu qətldə birbaşa Gürcüstanın dövlət başçısı M.Saakaşvilinin və Daxili İşlər Naziri V.Merabişvilinin maraqları olub və S.Pələngovun məhv edilməsinə göstərişi onlar veriblər. D.Gülməmmədov onu da qeyd edib ki, S.pələngovun ölümündən 2 il keçməsinə baxmayaraq hələ də onun cənazəsi tapılmır və bu barədə gürcüstan hüquq-mühafizə orqanları hər hansə məlumat verməkdən boyun qaçırırlar.

“Qubadakı kütləvi məzarlığın ermənilərin törətdiyi soyqırımının nəticəsi olduğu sübuta yetirilib”

Həm tarixi faktlar, həm də məzarlıqdan tapılan kəllələrin tədqiqatı bunu deməyə əsas verir.

Bu ilin aprel ayında Quba şəhər stadionunda aparılan qazıntılar zamanı tapılan cəsədlərin qalıqlarının 1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən azərbaycanlılara məxsus olması sübuta yetirilib. APA-nın şimal bürosunun məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev bildirib ki, həm tarixi faktlar, həm də məzarlıqdan tapılan kəllələrin tədqiqatı bunu deməyə əsas verir: “Araşdırmalar göstərir ki, Quba qırğınları mayın 3-dən 10-dək baş verib. Qubadakı məzarlıqdan tapılan kəllələrin tədqiqatı da qırğınların 90 il öncə törədildiyini sübut edir. Məzarlıqdakı insanlar başqa yerdə öldürülərək burada basdırılıblar. Ermənilər quyuları da azərbaycanlılara qazdıraraq, sonradan onları öldürüblər. Meyitləri isə quyulara necə gəldi, doldurublar.
Məzarlıqda iki quyu aşkarlanıb. Onlardan birinin diametri 5, dərinliyi 4 metr, ikinci quyunun isə diametri 2,5, dərinliyi 2 metrdir. İnstitutun antropoloqu 57 kəllə üzərində işləyib. Bu kəllələrdən altısı qadınlara, dördü 8-12 yaş arası uşaqlara, böyük əksəriyyəti isə qocalara məxsusdur. Tədqiqatlar zamanı məlum olub ki, bu insanlar soyundurulduqdan sonra küt alətlərlə vəhşicəsinə öldürülüblər. Hətta bir qadın skeletinin baş nahiyəsində gözünə soxulmuş dəmir parçası qalıb. Bu dəmir parçası ekspertizaya göndəriləcək”. O, araşdırmalar zamanı yeni skeletlərin də tapıldığını bildirib.  Ekspedisiya rəhbərinin sözlərinə görə, skeletlərin antropoloji quruluşu azərbaycanlılarla yanaşı, 1918-ci ildə ləzgi və yəhudilərin də qətlə yetirildiyini təsdiqləyir. Ekspedisiyanın tərkibinə beynəlxalq ekspertlərin cəlb edilməsinə lüzum görmədiyini söyləyən O. Ağayev   tədqiqatın nəticələrinin obyektivliyini istənilən səviyyədə sübut etməyə hazır olduqlarını bildirib. O, ekspedisaya üzvlərinin  gördükləri işi Vətən və xalq qarşısında müqəddəs bir vəzifə kimi dəyərləndirib: “Hamımızın fikri budur ki, məzarlıqda erməni soyqırımına məruz qalan azərbaycanlıların şərəfinə Qubanın hər yerindən görünən memorial abidə ucaldılsın”.